Məşhur Koreya serialının kriptovalyutası 1 sutkaya rekord bahalaşıb - 2400%!
Noyabrdan eyni adlı oyun da gəlir...Sentyabrda ekranlara çıxan və 1 aya 142 milyon ödənişli baxışla Netflix-in ən çox izlənmə rekordu qıran Cənubi Koreya serialı “Squid Game” daha bir yüksək nəticəyə imza atıb.
Marja xəbər verir ki, oktyabrın 20-də serialın adı ilə əlaqədar öncədən satışa buraxılan və saniyələr ərzində satılan “Squid” kriptovalyutası (rəqəmsal jetonu) son 1 sutkada rekord bahalaşıb. 24 saat ərzində 2400% yüksələn kriptovalyuta hazırda 2,22 dollara satılır və bazar dəyəri 174 milyon dolları keçib.
Noyabrdan isə daha bir maraqlı yenilik gəlir - Squid Game. Bu virtual oyun filmin süjet xəttinə bənzər olaraq, 6 raunddan ibarət olacaq. Oyunda iştirak etmək üçün “Squid” kriptovalyutası ilə ödəniş etmək tələb olunur. Filmdəki yekun mükafat fondundan - 38,5 milyon dollardan fərqli olaraq, Squid Game-də qalibin gəlirinə məhdudiyyət yoxdur. Yekun rəqəm iştirakçıların sayından asılı olacaq.
Oyunda iştirak etmək o qədər də ucuz deyil. Hazırkı qiymətlərlə funal raunduna qatılacaq iştirakçı 15000 Squid - 33 min dollardan artıq pul ödəməlidir...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım
























