Çinin CATL şirkətinin xalis mənfəəti 130%-dən çox artıb - QURUCUSU VARLANIR
Çinin ən böyük litium-ion batareyaları istehsalçısı "Contemporary Amperex Technology" (CATL) şirkətinin bu ilin üçüncü rübündə xalis mənfəəti 3,2 milyard yuanı (təxminən 515,7 milyon dollar) ötüb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 130,16% çoxdur.
Marja xəbər verir ki, bu barədə məlumat şirkətin cümə axşamı Şenzen Fond Birjasının saytında dərc edilmiş maliyyə hesabatında yer alıb.
İyul-sentyabr aylarında şirkətin ümumi gəliri illik ifadədə 130,73% artaraq 29,2 milyard yuana (təxminən 4,6 milyard dollar) çatıb. Üçüncü rübdə Çində elektrikli avtomobil akkumulyatorları bazarının 50,8%-nə sahib olan şirkət üçün bu rəqəmlər bütün zamanların ən yüksək göstəricisi olub. Məhz bu bazarda artan tələbatla CATL-in uğuru bağlıdır, onun qurucusu Zeng Yuquun, "Hurun" biznes nəşrinə görə (“Hurun” "Forbes"in Çin analoqudur), Çinin ən varlı adamları reytinqində üçüncü yeri tutmuşdur. O, şəxsi sərvətini 200 milyard yuan (31,2 milyard dollar) artırıb və hazırda 320 milyard yuan (50,1 milyard dollar) təşkil edir.
2020-ci ildə CATL-nin ümumi gəliri 2019-cu illə müqayisədə 9,9% artaraq 50,32 milyard yuan (təxminən 7,7 milyard dollar) təşkil etmişdir. 2020-ci ildə şirkətin istehsal etdiyi litium-ion batareyalarının satışı illik müqayisədə 14,3% artmışdır.
CATL sentyabr ayında elan edib ki, səhmlərinin bir hissəsini 58,2 milyard yuana (təxminən 9,1 milyard dollar) sataraq istehsal gücünü iki dəfədən çox artırmaq niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























