Putin inflyasiyaya "resept" tapmaq üçün hökumətə bir həftə vaxt verdi
Rusiya hökuməti Avropa Birliyində enerji və qaz böhranının Rusiya iqtisadiyyatı üçün mənfi nəticələrinin risklərini neytrallaşdıracaq tədbirlər kompleksini tez bir zamanda hazırlamalıdır.
Marja Kremlin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin ötən həftə Nazirlər Kabineti ilə görüşdən sonra belə bir sərəncam verib.
Noyabrın 1-nə bir həftə qalmış, məmurlar, “azot gübrələri, metallurgiya məhsulları və ərzaq məhsulları bazarlarının qeyri-sabitləşməsinin” Rusiyaya mənfi təsirinin qarşısını necə almağı tapmalıdırlar.
Oktyabrın 20-də baş nazirin müavini Aleksandr Novak Putinə bildirib ki, təbii qaz qiymətlərin min kubmetr üçün 1000 dollardan yuxarı möhkəmləndiyi Avropa qaz bazarındakı xaos inflyasiyanın yeni mərhələsi təhdidini yaradır.
O, gübrə bazarında ciddi bir böhran yarandığını söyləyib: Avropada yüksək qaz qiymətlərinə görə gübrə istehsalı yarıbayarı azaldılıb, bu da azotlu gübrələrin qiymətlərinin iki dəfə artmasına səbəb olub.
"Həm qiymət artımı, həm də gübrə istehsalının azalması nəticəsində biz kənd təsərrüfatı məhsullarının qiymətlərində yeni artım risklərini görürük", - Novak bildirib.
“Əgər qazdan alınan gübrələrin qiyməti artmaqda davam edərsə, o zaman istehsalçılarımız baha qiymətə satmağa meyllənəcəklər. Biz bunu sənayelərdə baş verən son hadisələrdən bilirik”, - deyə Putin baş nazirin müavini ilə razılaşıb.
Onun sözlərinə görə, tədbirlər kompleksi yerli kənd təsərrüfatı istehsalçılarının "maraqlarını təmin etməli" və "ərzaq qiymətlərinin artımını cilovlamalıdır".
Rosstat-ın məlumatına görə, Rusiyada inflyasiya illik 7,78%-ə qədər sürətlənib və ardıcıl doqquzuncu dəfə 2016-cı ilin fevralından bəri maksimumu yeniləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım



























