ABB sahibkarları “Azerbaijan Russian Desk” platformasında bir araya gətirir
(®) ABB Azərbaycanla ixrac-idxal əməliyyatlarına maraq göstərən Rusiya sahibkarlarının ölkəmizdəki iş adamları ilə əlaqələrinin inkişafına dəstək verir.
Bu məqsədlə Bank “Azerbaijan Russian Desk” platformasının imkanlarından istifadə edərək Rusiyadakı törəmə bankı ABB Moskva ilə birgə yeni layihəyə başlayıb. ABB hər iki ölkədən tərəfdaşlıqda maraqlı olan sahibkarları “Azerbaijan Russian Desk” platforması vasitəsilə bir-biri ilə əlaqələndirir. Bu platforma biznes tərəfdaşı axtarışında olan şirkətlərin cəmləşdiyi vahid məlumat bazasıdır. Platformanın yaratdığı imkanlardan istifadə etməklə sahibkarların işgüzar təkliflərinin qarşılıqlı təqdimatına dəstək verilir. Beləliklə, layihə sahibkarların satış şəbəkəsinin genişləndirilməsinə kömək göstərir.
ABB ilə tərəfdaşlıq edən iş adamlarına “Azerbaijan Russian Desk” platformasından istifadə zamanı xüsusi güzəştlər də tətbiq olunur. Sahibkarlar bununla bağlı ətraflı məlumat üçün suallarını [email protected] ünvanına göndərə bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 33 d. əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
3 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
3 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb


















