Tarixdə bir sosial media şirkətinə edilmiş rekord təklif
480 milyona yaxın istifadəçi, çoxusu da qadınlardır…Amerikan transmilli maliyyə texnologiyaları və onlayn pul köçürmə sistemi PayPal sosial media sektoruna daxil olur.
Marja Reuters-ə istinadla xəbər verir ki, şirkət şəkil paylaşılması və sosial media xidməti olan Pinterest-i satın almaq üçün rekord qiymət təklif edib.
Bir səhmin qiymətini 70 dollardan müəyyənləşdirən PayPal-ın Pinterest-ə ümumi təklifinin həcmi 45 milyard dollardır. Bu isə, rəsmiləşəcəyi təqdirdə sosial media sektorunda ən iri sövdələşmə olacaq. Bundan öncəki rekord 2016-cı ildə Linkedin-i 26,2 milyard dollara alan Microsoft-a məxsusdur.
2009-cu ildə qurulan Pinterest-in aylıq aktiv istifadəçi sayı 480 milyona yaxındır. Bunların təxminən 60%-ni qadınlar təşkil edir. 2019-cu ildə çıxdığı IPO-da (səhmələrin ilkin kütləvi yerləşdirilməsi) şirkət 12 milyard dollardan artıq qiymətləndirilib.
Daxili mənbələrin məlumatına görə, son 1 ildə səhmləri 36% bahalaşaraq, bazar dəyəri 320 milyard dollara çatan PayPal Pinterest-lə bağlı alqı-satqını maksimum qısa müddət ərzində - noyabrın ortasına kimi başa çatdırmaq niyyətindədir. Hələlik tərəflərdən heç biri məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 21 saat sonra
- 10 d. əvvəl
-
- 14 d. əvvəl
- 21 d. əvvəl
- 35 d. əvvəl
- 45 d. əvvəl
-
48 d. əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb
















.jpg)





