Netflix abunə sayının 2021-ci ilin sonunda 222 milyona çatacağını nəzərdə tutur
Amerikanın Netflix şirkətinin xidmətlərindən ödənişli abunə olaraq istifadə edənlərin sayı dünyada 214 milyona yaxınlaşıb.
Marja xəbər verir ki, bu barədə şirkətin çərşənbə axşamı günü dərc olunan son rüb hesabatından məlum olur.
Netflix, 30 sentyabrda bitən üç aylıq dövrdə (iyul-sentyabr) 4.4 milyon abunəçi qazanıb.
Şirkətin təqdim etdiyi proqnoza görə, bu ilin dördüncü rübünün sonuna qədər onların sayı daha 8,5 milyon artaraq 222 milyona çatacaq.
Hesabat dövründə şirkətin cəmi gəlirləri 7,4 milyard dolları, mənfəəti isə 1,4 milyard dolları keçib.
Netflix 1997-ci ildə qurulub. Qərargahı Kaliforniya ştatının Los Gatos şəhərində yerləşir. Şirkət 190-dan çox ölkədə yayım xidmətləri təqdim edir. 2013 -cü ildən bəri Netflix öz filmlərini, seriallarını və TV şoularını çəkir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























