BVF-dən Mərkəzi Bankın valyuta ehtiyatları barədə yenilənmiş proqnoz
Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu ilin sonuna Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 6,9 mlrd. ABŞ dolları təşkil edəcək.
Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının oktyabr buraxılışında deyilir.
Ehtiyatların 2022-ci ildə isə 7,1 mlrd. dollara çatacağı gözlənilir.
Xatırladaq ki, AMB-nin valyuta ehtiyatları avqustda 8,4% artaraq 2021-ci ilin avqustun 31-nə 7,043 mlrd. ABŞ dollar təşkil edib. Bu, 2015-ci ilin avqust ayından bəri qeydə alınan ən yüksək göstəricidir.
Qeyd edək ki, avqust ayında bankın valyuta ehtiyatlarının gözəçarpan artımı (2017-ci ilin yanvar ayından bəri qeydə alınmış ən kəskin aylıq artım) Beynəlxalq Valyuta Fondunun (BVF) tarixdə ən böyük sayılan və avqustun 23-də qüvvəyə minən maliyyə bölgüsü çərçivəsində Azərbaycanın xüsusi borcalma hüquqları (SDR) limitinin artırılması ilə bağlıdır.
Xatırladaq ki, BVF avqustun 23-də qüvvəyə minən üzv ölkələrə 650 mlrd. ABŞ dollar ekvivalentində olan maliyyə bölgüsü çərçivəsində Azərbaycana 375,4 mln. SDR (530 mln. dollara yaxın) ayırmışdı.
Azərbaycanın qeyri-neft ÜDM-i bu il 4,5% artacaq
Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozlarına görə, bu il Azərbaycanın qeyri-neft ÜDM-i 4,5% artacaq. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının oktyabr buraxılışında deyilir. 2022-ci ildə qeyri-neft ÜDM-in 3,5% artacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yenilənmiş hesabatında bu il Azərbaycanda qeyri-neft ÜDM-in istehsalının 7,1% səviyyəsində artacağı gözlənildiyi bildirilir. Artımın əsas drayverləri xidmət sektorunun aktivləşməsi, kənd təsərrüfatı və qeyri-enerji istehsalında güclü böyümə olacaq. Bu ilin yanvar-sentyabr aylarında qeyri-neft ÜDM-in artım tempi artıq 6,2% çatıb.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda qeyri-neft ÜDM-i 2,6% azalıb.
BVF Azərbaycanın dövlət borcu üzrə proqnozunu yaxşılaşdırıb
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın məcmu (xarici və daxili) dövlət borcunun 2021-2022-ci illərdə ÜDM-in 28,9% səviyyəsində olacağını proqnozlaşdırır.
Bu barədə BVF-nin Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının oktyabr buraxılışında deyilir.
Qeyd edək ki, ötən aprel proqnozunda Fond dövlət borcunun 2021-2022-ci illərdə ÜDM-in müvafiq olaraq 30,9%-nə və 31,4%-nə bərabər olacağını güman edirdi.
Xatırladaq ki, cari ilin iyulun 1-nə Azərbaycanın məcmu dövlət borcu 17,352 mlrd. manat və ya ÜDM-in təxminən 21,6%-ni təşkil edib.
Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında Azərbaycanın ümumi dövlət borcunun ÜDM-də payının 2025-ci ilədək 20%-ə çatdırılması hədəfləndiyi deyilir.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 4 saat sonra
- 2 saat sonra
-
31 d. əvvəl
Gənclərin xarici ölkələrdə təhsil almalarına ayrılan vəsait artırılır
-
-
58 d. əvvəl
İşğaldan azad edilmiş ərazilərdə daha 3 Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Daha bir böyük məbləğli büdcə təsdiq edildi -13 MİLYARD 32 MİLYON MANAT
- 12 saat əvvəl
-
15 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
15 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
Ən çox oxunanlar
Şuşa Bank və Sığorta Binası tikilib
Ötən ay təyin edilən icra başçısı işdən çıxarıldı
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO























