Apple, "cib yandıran" yeni məhsullarını təqdim etdi
"Apple Inc." şirkəti, "Apple Silicon" çipləri ilə dəstəklənilən yeni MacBook Pro modelini və yeni nəsil AirPods kabelsiz qulaqlıqlarını təqdim edib. Şirkətin son 10 il ərzində bazara çıxardığı kompüterlərdə davam edən qiymət artımları diqqət çəkir."Apple Inc." şirkəti, iki yeni MacBook Pro modelini, yeni nəsil AirPods kabelsiz qulaqlıqlarını və HomePod mini-nitəqdim edib.
Marja xəbər verir ki, 14 düym və 16 düym ekranlara sahib yeni MacBook Pro noutbuklar, yeni çiplər ilə təchiz olunur. "Apple" şirkəti yeni MacBook Pro-nun 14 düymlük modelin qiymətinin 1999 dollardan, 16 düymlük modelin isə 2499 dollardan başlayacağını açıqlayıb. Hər iki noutbuk gələn həftədən etibarirən satışa çıxarılacaq.
"Apple"ın iki yeni yüksək güclü çipi M1 Pro və M1 Max olaraq adlandırılır. Bu çiplər şirkətin əvvəlki M1 çiplərinden daha yaxşı performansa malikdirlər.
"Apple"ın çip istehsalı bölməsinin Johny Srouji, M1 Max çipinin digər yüksək səviyyəli noutbuk çiplərindən 100 watta qədər daha az güc istifadə etdiyini və bunun da daha yaxşı batareya ömürü demək olduğunu söyləyib. Srouji, M1 Max üçün "İndiyə qədər istehsal etdiyimiz ən güclü çip" ifadələrini istifadə edib.
"Apple" şirkəti, 2020-ci ilin sonlarında istifadəyə təqdim edilən bəzi modellərdən başlayaraq, Mac kompüterlərdə İntel prosessorlar yerinə Apple Silicon istifadə etməyə başladyıb.
"Apple", yeni nəsil AirPods kabelsiz qulaqlıqlarını da təqdim edib. Yeni nəsil AirPodların, məşqlərdə istifadə edilə bilinməsi üçün tər və suya dayanıqlı olacağı və daha əvvəl üst səviyyəli AirPods Pro-da olan bəzi səs xüsusiyyətlərinə də malik olacağı açıqlanıb.
"Apple", yeni AirPodlar-ın ABŞ-da 179 dollara satışa təqdim ediləcəyini açıqlayıb.
Apple "HomePod mini" məhsulunu da təqdim edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
2 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım


























