Dövlət şirkətinin gəlirləri azalıb
2020-ci ildə sənaye parklarının idarəedici təşkilatı "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin cəmi gəlirləri 18 milyon 573 min manat, cəmi xərcləri isə 18 milyon 154 min manat təşkil edib. Şirkət ötən ili 419 min manat xalis mənfəət ilə bağlayıb.
Marja.az MMC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, cəmi gəlirlərin 18 milyon 534 min manatını əsas əməliyyat gəlirləri təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2019-cu ildə "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin cəmi gəlirləri 22 milyon 151 min manat, cəmi xərcləri 22 milyon 134 min manat, mənfəəti isə 17 min manat təşkil etmişdi. Beləliklə, 2019-cu illə müqayisədə 2020-ci ildə dövlət şirkətinin gəlirləri 16,2% xərcləri isə 17,9% azalıb.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı və Pirallahı Sənaye Parkının idarəedici təşkilatıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























