Azercell Tokio-2020-nin qaliblərini təbrik etdi
Şirkət beynəlxalq olimpiadada öz qələbəsilə Azərbaycan bayrağını zirvələrdə dalğalandıran olimpiya və paralimpiya medalçılarını dəyərli hədiyyələrlə mükafatlandırıb.®️Tokio-2020 Yay Oyunlarında Azərbaycan Milli Olimpiya və Milli Paralimpiya Komandalarının Məğrur Tərəfdaşı kimi çıxış edən Azercell ölkəmiz üçün böyük uğurla nəticələnən bu əhəmiyyətli yarışın medalçılarını bir araya toplayaraq təbrik edib.
Oktyabr ayının 12-də Azercell şirkətinin prezidenti Zərinə Zeynalova, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyevin iştirakı ilə keçirilən görüşə Tokio-2020 Olimpiya və Paralimpiya Oyunlarının mükafatçısı olan idmançılar da qatılıb.
Tədbirdə qonaqları salamlayan Azercell şirkətinin prezidenti Z. Zeynalova öz çıxışında bildirdi ki, 23 olimpiyaçı və paralimpiyaçılarımızın müxtəlif idman növlərində toplam olaraq 26 medal qazanması ölkəmiz üçün böyük bir fəxrdir: “Yarışlara qatılan və mükafat alan bütün idmançılarımız, xüsusilə də bu il rekord sayda qızıl medal qazanaraq Azərbaycanın adını 10 lider ölkə sırasına daxil edən paralimpiyaçılarımzla qürur duyur, onları ürəkdən təbrik edir və müvəffəqiyyətlər arzulayıram! Tokio-2020 çərçivəsində Azercell-i Məğrur Tərəfdaş kimi dəvət edən Azərbaycan Milli Olimpiya Komitəsinə və Milli Paralimpiya Komitəsinə əməkdaşlığa görə təşəkkür edirəm!” Tədbirdə, həmçinin, Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov da söz alaraq ölkəmizdə olimpiya və paralimpiya hərəkatlarına olan dəstəyə görə təşəkkürünü bildiriblər. Ç.Hüseynzadə qeyd etdi ki, Olimpiya və Paralimpiya Komandasının Tokio 2020 Oyunlarındakı iştirakı və yarışların nəticələrinin Azərbaycan, eyni zamanda dünyaya çatdırılmasında ölkənin bir nömrəli mobil operatoru olan Azercell şirkətinin böyük zəhməti var.
Tədbirdə bütün qalib idmançılara “Azercell Telekom” adından sertifikatlar və dəyərli hədiyyələr təqdim olunub.
Xatırladaq ki, Tokio-2020 Olimpiya və Paralimpiya oyunlarında Azərbaycanın Milli Olimpiya yığması 3 gümüş və 4 bürünc medal, Milli Paralimpiya Yığması isə 14 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Ümumilikdə, Azərbaycan idmançıları ölkəmizə 14 qızıl, 4 gümüş və 7 bürünc medalla qayıdıblar.
Məlumat üçün bildirək ki, Azercell 2004-cü ildə Afinada keçirilən yay oyunlarında Azərbaycanın Milli Olimpiya Yığmasının tərəfdaşı olmuşdur. Bundan başqa, Azercell 2014-cü ildən etibarən Uşaq Paralimpiya Komitəsinin sponsorudur. Bu komitədə yetişmiş idmançılar ayrı-ayrı illərdə ölkəmizə beynəlxalq turnirlərdə müxtəlif medallar qazandırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 31 d. əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
3 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
3 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb





















