Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Qanunsuz və antisanitar qarğıdalı çubuqları istehsalı müəssisəsi aşkarlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qanunsuz və antisanitar qarğıdalı çubuqları istehsalı müəssisəsi aşkarlanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Daxil olan vətəndaş müraciəti əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Tərtər rayonu, Ədalət Paşayev küçəsində fəaliyyət göstərən, sahibkar Həsənov Anar Mehman oğluna məxsus şirin qarğıdalı çubuqları istehsalı müəssisəsinə baxış keçirilib.

Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, həmçinin müəssisədə qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalara əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativ aktların tələblərinə cavab vermədiyi məlum olub.

Reklam_3_11

Belə ki, xammal olaraq istifadə edilən qarğıdalı unu, rəngləndirici maddələr, vanil və saxarozanın müvafiq müşayiətedici sənədlərlə təmin olunmadığı, işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçirilmədiyi, müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin görülmədiyi aşkar olunub. Aşkar edilmiş faktlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.

qarğıdalı çubuqları Həsənov Anar
11.10.2021 12:15

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18