Foreks bazarlarında son vəziyyət - GÜNƏ BAXIŞ
Foreks bazarlarında dollar indeksinin 94 punkt önəmli müqavimət səviyyəsinin üzərində qərarlaşması yüksəlişin davam edəcəyini proqnozlaşdırmağa əsas verir. Növbəti güclü müqavimət səviyyəsi isə son bir ilin maksimumu - 94.80 punktdur. "ADP"-dən müsbət əmək bazarı göstəricilərin dərc edilməsi, FED-in faiz artımı ehtimalları əsas dəstək verici amillərdir.
Bununla yanaşı, Avrozonada ticarət dövriyyəsinə dair fundamental göstəricilərin zəif açıqlanması, avronun ucuzlaşmasına səbəb olmaqla, dollara olan tələbi artırmışdır. İngiltərədən də tikinti sektorunda inkişaf dinamikasının zəifləməsi xəbəri yayımlanmışdı. Beləliklə, funt sterlinqindən uzaqlaşan investorlar dollara olan maraqlarını artırmışdır.
Monetar siyasətlərin sərtləşməsi ilə yanaşı, inflyasiyada müşahidə edilən maksimumlar və qlobal risklərin artması, əlvan metallar bazarlarında "ayı" və "buğa"ları da qarşı qarşıya gətirmişdir. Hazırda qızılın bir unsiya üzrə qiyməti 1770 - 1750$ aralığında üfüqi korreksiya etməkdədir.
Kriptovalyuta birjalarında isə bitkoin dollara nisbətən daha sürətlə dəyər qazanır. Tendensiyanın 65000$-a kimi davam edəcəyi proqnozlaşdırılır, çünki 53000$ önəmli müqavimət səviyyəsi artıq qırılıb.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















