Məşhur sosial şəbəkə reklam biznesini “babat qiymətə” satır
1,5 milyard istifadəçiyə “əli çatan” proqram təkcə 1 ilə 190 milyon dollar gəlir gətirib.Twitter sosial şəbəkəsi özünün mobil reklam proqramı olan MoPub şəbəkəsini satır.
Marja xəbər verir ki, şirkət dünənki açıqlamasında bu barədə oyun proqramçısı və reklam texnologiyaları şirkəti AppLovinlə ilkin razılığa gəldiyini bildirib. Sövdələşmənin dəyəri 1,05 milyard dollardır.
Twitter MoPub-u 2013-cü ildə 350 milyon dollara almışdı. Hazırda 45 min mobil tətbiqetmənin istifadə etdiyi və 1,5 milyard aktiv istifadəçiyə reklamları çatdıra bilən MoPub ötən illər ərzində Twitter-in reklam biznesini gücləndirib.
Twitter-in baş direktoru Cek Dorseyin məlumatına görə, proqramın təkcə 2020-ci ildə gətirdiyi gəlir Twitter-in ümumi satışlarının 5%-dən çox, yaxud 188 milyon dollar olub.
MoPub-un satışı Twitter-in öncədən elan etdiyi “2023-cü ilə qədər 7,5 milyard dollar gəlirə çıxmaq” hədəfinin tərkib hissəsidir. Cek Dorsey bu satışın Twitter-in gəlirlərinə tam maliyyə təsiri barədə oktyabrın sonunda açıqlanacaq rüblük nəticələrdə əlavə məlumat veriləcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 49 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
























