Sentyabrda Rusiyada pomidor 24,9%, xiyar 17,3% bahalaşıb
Rusiyada illik inflyasiya 7.4%-ə yüksəlib2021-ci ilin sentyabr ayında avqust ayı ilə müqayisədə Rusiyada pomidor 24,9%, xiyar 17,3%, portağal 12,9% bahalaşıb.
Marja xəbər verir ki, bu barədə "Rosstat"ın (Federal Dövlət Statistika Xidməti) materiallarında deyilir.
Sentyabr ayında meyvə və tərəvəz, o cümlədən pomidor - 24,9%, xiyar - 17,3%, portağal - 12,9%, sarımsaq - 6,5%, banan - 3,4%, armud - 3,3%, limon - 3,1%, təzə göyərti - 2,4%, qurudulmuş meyvə - 2% bahalaşıb”, - Xidmətdən bildirilib.
Eyni zamanda, çuğundur - 13,7%, üzüm - 12,6%, yerkökü - 10,3%, alma - 5,7%, kələm - 3,6%, soğan - 2,8% ucuzlaşıb.
Rusiya Sənaye və Ticarət Nazirliyi payız-qış mövsümündə müəyyən növ tərəvəzlərin maya dəyərinin artmasını "təbii" adlandırıb: "Yay bitib və onunla birlikdə açıq sahədə kənd təsərrüfatı bitkilərinin yetişməsi dövrü sona çatıb. İstixana tərəvəzlərinin yetişdirilməsi xərcləri hər zaman daha yüksəkdir, xərclər arasında istilik xərcləri də var. Buna görə mağazalarda payız-qış dövründə istixana tərəvəzlərinin qiyməti daha yüksəkdir”.
"Rosstat"a görə, sentyabr ayında Rusiyada toyuq yumurtasının qiyməti orta hesabla 5,7% artıb. Statistikaya görə, qida məhsulları arasında mal və quş əti 2,4%, milli pendirlər və ağ pendir - 1,7%, süd - 1,6%, donuz əti və kulinariya quşçuluq məhsulları - 1,5%, çəkilmiş ət - 1,4%, canlı və soyudulmuş balıq - 1,3%, mayonez - 1,3% bahalaşıb. Rusiyada dənəvər şəkərin qiymətləri orta hesabla 0,7%, günəbaxan yağının qiyməti 0,2% artıb.
Eyni zamanda, sentyabr ayında dondurulmamış balıq 0,7%, zeytun yağı, üzüm şərabları - 0,2%, yerli pivə və köpüklü şərablar, meyvə şirələri - 0,1% ucuzlaşıb.
Qeyd edək ki, Sentyabr ayında Rusiyada illik inflyasiya, avqust ayındakı 6.68%-ə qarşı 7.4%-ə yüksəlib. Aylıq olaraq istehlak qiymətləri 0,6% artıb.
Ərzaq məhsulları sentyabr ayında avqust ayı ilə müqayisədə 0,99%, illik olaraq 9,21%, qeyri-ərzaq malları isə müvafiq olaraq aylıq 0,64% və illik 8,06% bahalaşmışdır. Sentyabr ayında xidmətlərin dəyəri aylıq olaraq dəyişməmiş, illik olaraq 4.22% artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 47 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI




























