Energetika nazirinin sədrliyi ilə iclas keçirilib
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun altıncı iclası keçirilib"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə uyğun olaraq “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” üzrə alt İşçi Qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.
Alt İşçi Qrupun rəhbəri, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə keçirilən iclasda strategiya layihəsinin Alt İşçi Qrupu tərəfindən hazırlanmış “Yaşıl enerji məkanı”na dair hissəsinin və Tədbirlər Planının İqtisadiyyat Nazirliyində yaradılmış Katibliyə təqdim olunduğu və Katiblik tərəfindən sənədin ümumi layihəsinə daxil edildiyi bildirilib.
İclasda “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi təqdimat şəklində nümayiş etdirilib, sənədin müvafiq bəndləri nəzərdən keçirilib, qrup üzvlərinin münasibəti dinlənilib. Ümumilikdə son təkliflər nəzərə alınmaqla Alt İşçi Qrupu tərəfindən Strategiya layihəsinin qəbulu məqsədəmüvafiq hesab olunub və müvafiq rəyin Katibliyə təqdim edilməsinə dair qərar qəbul edilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
4 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
4 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
9 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 15 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
























