"Vətəndaşların və müəssisələrin maliyyə yükü artır" - 5 AVROPA ÖLKƏSİNDƏN ORTAQ AÇIQLAMA
5 Avropa ölkəsi qazın qiymətindəki artımı araşdırmağa çağırdıAvropa İttifaqının üzvü olan 5 dövlət qazın qiymətində görünməmiş bahalaşma ilə əlaqədar araşdırma aparmağı və ən qısa zamanda ixrac edən ölkələrdən asılılığı azaltmağa çağırır.
Marja xəbər verir ki, Fransa, İspaniya, Çexiya, Rumıniya və Yunanıstan çərşənbə günü yaydığı ortaq açıqlamada, təbii qazın qiymətinin kəskin yüksəlməsini, bunun nəticəsində vətəndaşların və müəssisələrin maliyyə yükünün artdığını qeyd ediblər.
Fransa, İspaniya və digər ölkələrin iqtisadiyyat nazirləri tərəfindən imzalanan sənəddə "Avropa səviyyəsində ortaq bir yanaşma və milli hərəkətlərin əlaqələndirilməsinə və kəskin qiymət artımlarına dərhal reaksiya verməyə imkan verən bir vasitəyə ehtiyacımız var" deyilir.
"Avropa qaz bazarının fəaliyyətinə gəldikdə, mövcud qaz müqavilələrinin niyə kifayət etmədiyini öyrənmək üçün araşdırma aparmaq lazımdır",- sənəddə deyilir.
Həmçimim sənəddə bildirilir ki, qaz ehtiyatları üçün ümumi qaydalar hazırlamalıdır.
Bundan əlavə, müəlliflər elektrik enerjisi bazarında islahatlar aparmağı və qiymətləri onun istehsalının orta xərcləri ilə əlaqələndirməyi, həmçinin "enerji müstəqilliyinə nail olmağı" tələb edirlər.
Sənəddə deyilir ki, bunun üçün "enerji təchizatının şaxələndirilməsinə investisiya qoymaq və qaz ixrac edən ölkələrdən asılılığı azaltmaq lazımdır".
İlin əvvəlindən etibarən Avropa Birliyində spot qaz qiymətləri 580% artıb. 1000 kubmetr qazın qiyməti 2021-ci ilə 300 dollardan aşağı səviyyələrdə başlayaraq oktyabrın 5-də 1455 dollara çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 49 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI

























