Əmtəədə yeni rekord
Qlobal inflyasiyaya dair narahatlğı artıran əmtəə qiymətlərindəki artım dayanmaq bilmir. Marja xəbər verir ki, Bloomberg Əmtəə İndeksi yeni rekord səviyyəyə yüksəlib.
Qlobal bazarlarda artan tələbə qarşılıq xam maddə təklifində yaşanan çətinliklər bir tərəfdən inflyasiyaya dair narahatlıqları artırır, bir tərəfdən də Bloomberg Əmtəə İndeksinin rekordlar qırmasına səbəb olur.
23 enerji, metal və aqrar məhsulu izləyən Bloomberg Əmtəə İndeksi bazar ertəsi günü 1,12% yüksəliərək sonuncu dəfə 2011-ci ildə qırdığı rekordu yeniləyib.
İndeks, keçən il mart ayında gördüyü 4 ilin ən aşağı səviyyəsindən 90%-dən çox dəyər qazanmış vəziyyətdədir.
Əmtəələr arasında ən çox neft və qaz bahalaşır. Avropa və Çində yaşanan enerji böhranı dünyanın qalan hissəsini də təhdid edərkən, təbii qaz qiymətindəki artım ciddi səviyyələrə çatıb. Neft qiymətləri də, OPEC+ üzvlərinin istehsalın artırılmasına mövcud plan ilə davam etmək qərarından sonrası təxminən 7 ilin ən yüksək səviyyəsinə çatıb.
Digər tərəfdən koronavirus pandemiyası tədbirlərinin dünyada yumuşaldılması və iqtisadiyyatların açılması ilə nəqliyyatda istifadə edilən yanacaqlara və sənayedə istifadə edilən əmtəələrə tələb kəskin artıb. Ancaq eyni dövrdə yeni mədənçilik və neft istehsalı azalıb. Çin də aqrar məhsullar üzrə anbarlar ehtiyatlarını artırır, pis hava şərtləri dünyanın ən böyük ixracatçılarına mənfi təsir edir.
Alüminium və mis qiymətləri də istehsal çətinliyi ilə yüksələrkən, Braziliyadakı quraqlıq qəhvə, şəkər qiymətlərini yüksəldib. Pambıq qiymətləri keçən həftə pis hava şərtlərinin təsiri ilə 10 ilin zirvəsinə yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 45 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI




























