Azərbaycanın turizm brendi Rusiya qatarlarında - VİDEO
Azərbaycan Turizm Bürosu Rusiyanın “Aeroexpress” şirkəti ilə əməkdaşlığa başlayıb.
Dövlət Turizm Agentliyindən Marja-ya verilən məlumata görə, əməkdaşlıq çərçivəsində “Aeroexpress” qatarları üzərində və vaqonların daxilində, eləcə də kassa bölməsində sərnişinləri ölkəmizi kəşf etməyə çağıran turizm brendi vizualları, eləcə də həştəqlər yerləşdirilib.
Bundan əlavə, Domodedevo və Şeremetyevo beynəlxalq hava limanlarında yerləşən dəmiryolu vağzallarında Azərbaycanın zəngin turizm təkliflərini əks etdirən video təqdimat nümayiş etdirilir. Əməkdaşlığın 5 ay müddətində davam etdirilməsi planlaşdırılıb.
Yeni başladılan əməkdaşlıq haqqında danışan Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid vurğulayıb ki, Rusiyanın ən işlək hava limanları ilə paytaxt mərkəzi arasında hərəkət edən “Aeroexpress” sərnişinlərini hədəf götürən kampaniya Azərbaycana turizm axınını artırmağa xidmət edir.
Qeyd edək ki, Rusiyanın 2005-ci ildə əsası qoyulan “Aeroexpress” şirkəti Moskva şəhəri ilə Domodedevo, Şeremetyevo və Vnukovo hava limanları arasında sərnişindaşıma xidmətini həyata keçirir.
2019-cu ildə “Aeroexpress” şirkətinin sərnişin sayı 12,2 milyon nəfər təşkil edib.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)
.jpg)







.jpg)



