Çip böhranı gələn il boyu da davam edəcək - İSTEHSALÇIDAN BƏDBİN PROQNOZ
300 milyon kompüter satlıb, tələbat isə durmadan artır....Yarımkeçirici çiplərin təchizatındakı ləngimələr 2022-ci il boyunca da davam edəcək, hətta növbəti illərə keçməsi də mümkündür.
Marja xəbər verir ki, bu barədə ABŞ-ın çip istehsalçılarından olan Marvell Technology şirkətinin açıqlamasında bildirilib.
“Hazırda yarımkeçiricilərlə bağlı olan hər bir son bazarda tələbat həddən artıq yüksəkdir. 27 il bu sektorda çalışan biri olaraq, indiyə qədər belə hal görməmişəm.” - şirkətin direktoru Matt Mörfi bildirib. O, həmçinin “tələbatın belə davam etdiyi halda, çip çatışmazlığının 2022-ci il ərzində təzyiq yaradacağını və növbəti illərə keçəcəyini” də istisna etməyib.
Mörfinin açıqlaması çip istehsaçıları arasında məsələ ilə bağlı ən son proqnozdur. Digərləri nisbətən optimist düşünür. Ötən həftə iri amerikan çip istehsalçısı AMD-nin baş direktoru Liza Su 2022-ci ilin ikinci yarısından etibarən yeni istehsal güclərinin işə düşəcəyini, tələbatın daha yaxşı ödəniləcəyini bildirmişdi.
AMD-nin əsas rəqiblərindən olan Intel hələ mart ayında ABŞ-da yarımkeçirici elementlər istehsalında əsas mərkəz olan Arizonada 2 yeni zavod üçün 20 milyard dollar investisiya yatıracağını bildirib. Çip istehsalında qlobla lider olan Tayvanın TSMC də Arizonada yeni zavod üçün 12 milyard dollar sərf edəcəyini, ümumilikdə növbəti 3 il ərzində çip istehsalına 100 milyard dollar yatıracağını elan edib.
Yarımkeçirici çiplərin ən çox istifadə olunduğu sahələrdən biri olan fərdi kompüter tələbatı sürətlə artır. Bazar araşdırma şirkəti IDC-nin məlumatına görə 2019-cu ildə lobal miqyasda 268 milyon ədəd, 2020-ci ildə isə 300 milyon ədəd fərdi kompüter satılıb. Növbəti illərdə tələbatın 400 milyon ədədə çatması gözlənilir. Bu isə əlavə çip ehtiyacı və bazara əlavə təzyiq deməkdir...
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 49 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI

























