"Çin, ÜDM artım nisbətlərini 5-6% səviyyəsində saxlaya bilər" Mərkəzi Bankın Sədri
Çin iqtisadiyyatı önümüzdəki illərdə ümumi daxili məhsulun (ÜDM) artım tempini 5-6% səviyyəsində saxlaya bilər.
Marja xəbər verir ki, bu proqnozu cümə axşamı günü Çin Xalq Bankının (Mərkəzi Bank) sədri Yi Gang açıqlayıb.
Gang-ın yayımlanan bir məqaləsində, "Çin iqtisadiyyatının sürətini 5-6% səviyyəsində saxlamaq potensialı var" deyilir.
Mərkəzi Bankın rəhbəri bildirib ki, Çin hakimiyyəti xüsusi tədbirlərə əl atmadan standart bir pul siyasətinə riayət edəcək. "Hələ də aktiv alqı -satqısı əməliyyatlarına ehtiyac yoxdur" Yi Gang qeyd edib.
Onun sözlərinə görə, Çin bankı faiz dərəcəsini liberallaşdırmaq üçün islahatları davam etdirəcək.
Hökumətin məlumatlarına görə, 2021-ci ilin ilk yarısında Çinin ÜDM -i illik 12,7% artaraq 53,21 trilyon yuan (təxminən 8,24 trilyon dollar) təşkil edib. Daha əvvəl, Çin Dövlət Statistika İdarəsinin rəsmi nümayəndəsi Fu Linghui, iqtisadiyyatın tədricən yaxşılaşdığını, ancaq davamlı inkişafının pandemiya və təbii fəlakətlər səbəbindən əngəlləndiyini söyləmişdi. O qeyd etmişdi ki, ölkə hakimiyyəti artan çətinliklərə baxmayaraq islahatlar və açıqlıq kursunu qətiyyətlə davam etditmək niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
10 d. əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
-
22 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
32 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 35 d. əvvəl
- 37 d. əvvəl
-
51 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
53 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq























