Çin şirkəti dünyanın ən böyük lityum yataqlarından birində pay alır
Çin şirkəti CATL, Konqodakı böyük bir lityum yatağının 24% hissəsini satın alırÇinin ən böyük lityum-ion batareya istehsalçısı olan Contemporary Amperex Technology (CATL) şirkəti, Konqo Demokratik Respublikasındakı (DRC) dünyanın ən böyük lityum yataqlarından birinin 24%-lik hissəsini alır.
Marja xarici mətbuata istinadən xəbər verir ki, CATL, Avstraliyanın "AVZ Minerals" kəşfiyyat şirkətinə Cənub-Şərqi Konqoda Manono lityum layihəsi üçün 240 milyon dollar ödəməyi qəbul edib.
Bu sövdələşmə nəticəsində "AVZ Minerals" səhmlərin 51%-nə, Konqo dövlətinə məxsus "Cominiere" şirkəti 25%-nə, qalan hissəsinə isə CATL şirkəti nəzarət edəcək.
Manono layihəsi 2023-cü ildə başlayacaq. Bu sahədə təsdiqlənmiş litium ehtiyatları təxminən 269 milyon ton, təxmin edilən ehtiyatlar isə 400 milyon tondur.
Məlumata görə, gələcəkdə bu layihəyə CATL-in ümumi sərmayə xərcləri 400 milyon dollara çata bilər.
2020-ci ildə CATL-in cəmi gəliri 2019-cu illə müqayisədə 9.9% artaraq 50.32 milyard yuan (təxminən 7.7 milyard dollar) təşkil edib. Şirkət tərəfindən 2020-ci ildə istehsal olunan litium-ion batareyalarının satışı illik müqayisədə 14,3% artıb.
CATL, bir neçə həftə əvvəl 58,2 milyard yuanlıq (təxminən 9 milyard dollar) səhmlər sataraq istehsal gücünü iki dəfədən çox artırmaq niyyətində olduğunu açıqlayıb. Üç yeni istehsal xətti şirkətin qərargahının yerləşdiyi Çinin şərqindəki Fujian əyalətinin Ningde şəhərində yerləşəcək. Digər ikisi Zhaoqing (Guangdong əyalətinin cənubu) və Changzhou (Şərqi Jiangsu əyaləti) şəhərlərindədir. Şirkət elektrikli avtomobil bazarında artan tələbat fonunda istehsalını artırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
20 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
-
30 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 33 d. əvvəl
- 35 d. əvvəl
-
49 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
51 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
























