Asiya nəhəngindən 17 milyardlıq yeni çip zavodu
Həm bazarda çox pay, həm də yeni regional istehsal mərkəzi...Son 1 ildə dünya bazarını sürətlə bürüyən yarımkeçirici çip böhranı bu sahədəki iri şirkətləri bazardan daha iri pay qoparmağa və daha çox qazanmağa həvəsləndirib.
Marja xəbər verir ki, əsas oyunçulardan biri, Cənubi Koreya nəhəngi Samsung da bu sıranın öncüllərindəndir.
Şirkət öz elektronika bölməsi - Samsung Electronics vasitəsilə ABŞ-da ikinci çip zavodunu inşa etməyə hazırlaşır. Məsələ ilə bağlı məlumatlı mənbələrin Reuters-ə bildirdiyinə görə, şirkət artıq yer seçimini yekunlaşdırıb - Texas ştatının Uilyamson regionu. 17 milyard dollar vəsaitin yatırılacağı zavodun 2024-cü ildə istifadəyə verilməsi planlaşdırılır.
1800 işçinin çalışacağı 6 milyon kvadrat metrlik zavod Samsung-un ABŞ-dakı ikinci belə iri istehsal müəssisəsidir. Şirkətin daha bir çip zavodu Texas ştatının paytaxtı Austindədir. Bununla Samsung həm də yarımkeçirici çip istehsalının əsas regional mərkəzini Asiyadan Amerikaya keçirməyi hədəfləyir.
Hazırda qlobal yarımkeçirici çip bazarının lideri 53%-ə yaxın payla Tayvanın TSMS şirkətidir. Bu ilin iyununa olan məlumata görə, Samsung 17,3% payla ikinci ən böyük təchizatçıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
20 d. əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
-
30 d. əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 33 d. əvvəl
- 35 d. əvvəl
-
49 d. əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
51 d. əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
-
1 saat əvvəl
“AFB Bank”ın maliyyə vəziyyəti necədir? - BANKIN SON DURUMU MƏLUM OLDU
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 129,1 milyard manatlıq istehsal - ÖTƏN İL 1,4 FAİZ ARTIB
-
2 saat əvvəl
“AzInTelecom” tərəfindən 58 mindən çox IMEI koda “klon” statusu verilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Avtomagistral” anlayışı dəyişir
Ən çox oxunanlar
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq























