“MKT İstehsalat Kommersiya”nın əməkdaşları Yunanıstanda işgüzar səfərdə olublar
(®️) “MKT İstehsalat Kommersiya” MMC pambıqçılıq sektorunda xarici təcrübələrin öyrənilməsi və ölkəmizdə tətbiqi üçün Yunanıstanın “Bios Agros Systems” şirkətinə növbəti işgüzar səfərini həyata keçirib.
Qeyd edək ki, Yunanıstan Avropa Birliyi ölkələri arasında ən böyük pambıq istehsalçısıdır. Ölkədə ortalama olaraq 250 min hektar pambıq əkilməkdədir. Həmçinin ortalama 60% əkin sahələrində damcı suvarma sistemindən istifadə edilir və hektar üçün orta məhsuldarlıq 35 sentiner təşkil edir.
“Bios Agros Systems” Yunanıstanda pambıq toxumu istehsal edən ən böyük iki şirkətdən biridir. Şirkətin toxum istehsalından başka lifsizləşdirmə, kənd təsərrüfatı təyinatlı kimyəvi məhsulların satışı və bu kimi bir çox kənd təsərrüfatı sektoruna aid xidmətləri mövcuddur.
“MKT İstehsalat Kommersiya” MMC-nin işçi heyəti “Bios Agros Systems” şirkətində bir çox yeni təcrübələrlə tanış olmuşdur. Belə ki, “Bios Agros Systems” şirkətinə səfər zaman şirkətin fermerlərlə olan iş təcrübəsi, müxtəlif yeni toxum növləri və bu toxum növlərinin verdiyi nəticələrə tanışlıq həyata keçirilmişdir. Yeni toxum növləri və nəticələri ilə olan tanışlıq Azərbaycanda şirkətin əldə etdiyi nəticələrlə müqayisə və inkişaf addımlarının müəyyən edilməsi üçün faydalılıq təşkil edir. Həmçinin şirkət damcı suvarma sahəsində olan təcrübələrini də “MKT İstehsalat Kommersiya” MMC-nin işçi heyəti ilə bölüşmüş, toxum lifsizləşdirmə xəttinin işləmə prosesi haqqında vacib məlumatları təqdim etmişdir.
“MKT İstehsalat Kommersiya” MMC istehsal həcmini və keyfiyyətini daima artırmağa davam edir. Bu uğurun səbəbi mütəmadi olaraq yeni təcrübələr qazanmaq və mövcud prosesləri inkişaf etdirməkdən keçir. Uzun müddətli inkişaf tempinin sürətinin qorunub saxlanması və daha da artırılması üçün şirkət işgüzar səfərlərə davam edəcəyini və Azərbaycan iqtisadiyyatına töhfə verməyə daima davam edəcəyini bildirmişdir.
“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
2019-2020 mövsümündə şirkət 45 000 Ha sahədən rekord göstərici olan 35.6 sentner/ha xam pambıq istehsal etmişdir.
Cari ilin Yanvar-May ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində birinci yerdə qərarlaşmışdır. Hal-Hazırda müəssisədə işçi sayısı 3200 nəfərdir və regionlarda 23 filialı fəaliyyət göstərməkdədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 18 saat əvvəl
-
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 21 saat əvvəl
-
21 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
21 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
21 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 21 saat əvvəl
-
22 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















