Neft, ABŞ-dan gələn xəbərlər ilə ucuzlaşır
Neft qiymətləri, ABŞ-ın özəl sektor məlumatlarının keçən həftə anbarlarda neft ehtiyatlarının artığını göstərməsilə düşür. Əgər hökumətin açıqlayacağı rəsmi məlumatlar özəl sektor məlumatlarını doğrulasa, bu milli anbarlarda son 8 həftədə yaşanan ilk artım olacaq.
Marja xəbər verir ki, özəl sektorun dəstəklədiyi Amerikan Neft İnstitutunun (API) məlumatlarına görə, ABŞ-ın xam neft ehtiyatları keçən həftə 4 milyon bareldən çox artıb.
Brent neft, qlobal miqyasda yaşanan enerji böhranı və tələbin istehsalı üstələdiyinə dair proqnozlar ilə 3 ilin ardından çərşənbə axşamı günü ilk dəfə 80 dolları keçmişdi.
Ağ Evin sözcüü Jen Psaki, neft qiymətlərinin yüksəlməsilə əlaqədar olaraq ABŞ hökumətinin OPEC üzvləri ilə təmasa keçdiyini və neft məhsullarının xərclərini nəzarət altına almaq üçün hər yolun qiymətləndirildiyini söyləyib. Psaki, "Aralarında OPEC-in də olduğu beynəlxalq ortaqlarımız ilə danışırıq" deyib.
"Goldman Sachs" isə bazardakı balanssızlığın gözlədiklərindən daha güclü olduğunu qeyd edərək il sonu Brent nefti qiymət proqnozunu 80 dollardan 90 dollara qaldırıb, 2023-cü il üzrə neft qiyməti proqnozunu da 20 dollar artımla 85 dollara yüksəldib.
Bakı vaxtı ilə saat 09:22-də Brent nefti 2,1% ucuzlaşma ilə 77,89 dolardan ABŞ xam nefti isə 1,8% ucuzlaşma ilə 74,12 dollardan ticarət olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 54 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI
























