5 trilyon dollar - Hindistan dayanmaq bilmir
Tezliklə 5-ci ən böyük olacaq - Goldman Sachs...Bu il Hindistan startapları IPO (Səhmlərin ilkin kütləvi yerləşdirilməsi) vasitəsilə 10 milyard dollar vəsait cəlb edib.
Marja xəbər verir ki, bu barədə ABŞ-ın ən iri banklarından olan Goldman Sachs-ın yeni hesabatında qeyd olunur. Bu rəqəm son 3 ildə əldə olunan vəsaitdən daha çoxdur.
Ölkədə unicornların - bazar dəyəri 1 milyard dolları keçən şirkətlərin sayı 70-ə yaxındır. Onların 27-si bu səviyyəyə cari ildə çatıb, əksəriyyəti də rəqəmsal iqtisadiyyat sahəsində fəaliyyət göstərir. Goldman Sachs-ın hesablamalarına görə, ən azı 150 yeni şirkət birjalarda qeydiyyatdan keçməyə hazırlaşır, bu isə bazara əlavə 400 milyard dollar dəyər gətirəcək.
800 milyon internet istifadəçisi və 500 milyondan artıq smartfon sahibinin yaşadığı Hindistan bu göstərici ilə Çindən sonra ikinci ən iri bazardır. Goldman Sachs növbəti 3 il ərzində hazırda dəyəri 3,5 trilyon dollar təşkil edən Hindistan səhm bazarının 5 trilyon dollara çatacağını, bununla da ölkənin Böyük Britaniyanı geridə qoyaraq, 5-ci ən iri oyunçuya çevriləcəyini proqnozlaşdırır.
Hazırda qlobal səhm bazarının 2,8%-i Hindistanın payına düşür. Goldman Sahcs-a görə, bu rəqəm də 5 il ərzində artaraq, 4%-ə çatacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 54 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI





























