ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlandı
(®) EY Azərbaycan şirkəti ABB və bp-nin maliyyə dəstəyi ilə növbəti “EY İlin İş Adamı” proqramına start verdiyini elan edib.
Müsabiqədə iştirak etmək istəyən sahibkarlar və iş adamları artıq öz ərizələrini müsabiqə komitəsinə təqdim edə bilərlər. EY şirkəti tərəfindən təsis olunmuş müsabiqə dünyada biznes mükafatı təqdim edən ən nüfuzlu proqramlardandır.
Liderlik və uğur nümayiş etdirən iş adamları fəaliyyət sahələrindən asılı olmayaraq proqrama qoşulmaq üçün ərizələrini 20 dekabr 2021-ci ilədək təqdim etməyə dəvət olunurlar.
Xatırladaq ki, “EY İlin İş Adamı” proqramı ölkəmizdə artıq üçüncü dəfə elan edilir. Milli müsabiqənin qalibi "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil etmək və digər ölkələrin finalçıları ilə yarışmaq imkanı qazanacaq. Proqram Azərbaycanda istənilən sahədə fəaliyyət göstərən sahibkarlar üçün açıqdır. Namizədlər şirkətin fəaliyyətində əsas məsuliyyəti daşımalı və şirkətin ən azı 20% hissəsinə sahib olmalıdırlar. Son iki il ərzində şirkətin dövriyyəsi ən azı bir maliyyə ili üzrə 300 min manatdan 30 milyon manatadək olmalıdır.
Uyğunluq meyarları və müsabiqə ilə bağlı ətraflı məlumatla proqramın rəsmi saytında https://www.eoy.az tanış olmaq mümkündür. Müsabiqənin finalçıları və qalibi tanınmış sahibkarlar, dövlət şirkətlərinin top-menecerləri, beynəlxalq maliyyə qurumlarını təmsil edən idarəçilərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçiləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Ekvita şirkəti də müsabiqənin tərəfdaşlarındandır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
4 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















