Azercell Ağdamda keçirilən ilk Beynəlxalq elmi-praktik konfransı internet şəbəkəsi ilə təmin edib
(®️) Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda I Beynəlxalq elmi-praktik konfrans keçirilib.
Konfransda “Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər və gözləntilər”, “Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı”, “Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət”, “Məcburi köçkünlərin Ağdama və Qarabağın digər bölgələrinə qayıdışı” məsələləri müzakirə olunub.
Azercell şirkətinin texniki dəstəyilə konfrans iştirakçıları bütün tədbir boyunca yüksəksürətli internet xidmətləri ilə təmin olunublar. Azercell-in şəbəkəsi konfransın bəzi iclaslarının videoformatda - onlayn şəkildə keçirilməsini də mümkün edib.
Qeyd edək ki, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər ərazilər Azercell-in 2G/3G/4G standartlarını dəstəkləyən mobil şəbəkəsi ilə əhatə olunub.
Nəzərə çatdıraq ki, Azercell şirkəti öz abunəçilərinə Qarabağ Dirçəliş Fonduna daha rahat və sürətli formada ianə köçürmək imkanını da yaradıb. Azercell-in “Kabinetim” tətbiqi üzərindən 24/7 rejimində Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürülməsi də hələ müharibənin ilk günlərindən mümkün olmuşdur.
Azercell Qarabağ və ətraf bölgələrdə mobil şəbəkə infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir ki, bu da həmin ərazilərin sürətli inkişafına öz töhfəsini verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
55 d. əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 4 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















