Birjalar üçün "Od" və "Buz" ssenarisi
"Morgan Stanley" S&P 500 indeksinin 20% düşəcəyini nəzərdə tutur.Qlobal investisiya bankı "Morgan Stanley" bazar ertəsi günü yaydığı bir araşdırma hesabatında, ən pis ssenaridə ABŞ şirkətlərinin səhmlərinin 20% ucuzlaşa biləcəyi ehtimalı olduğunu açıqlayıb.
MArja xəbər verir ki, "Od" və "Buz" olaraq iki ayrı ssenari üzərində çalışan banmı strateqləri, "od" ssenarisində Fed-in pul təşviqlərini iqtisadiyyatın çox "istiləşməsinin" qarşısını almaq üçün geri çəkəcəyini qiymətləndiriblər. "Buz" ssenarisində isə iqtisadi bərpanın sürətinin aşağı düşəcəyi və gəlirlərin təzyiq altında qalacağını analiz ediblər.
"Od" ssenarisində "S&P 500" indeksinin 10% düşəcəyini gözlədiklərini qeyd edən analitiklər, "Buz" ssenarisində isə itkinin 20%-i keçə biləcəyini vurğulayıblar.
Bazar ertəsi günü birjalar, Çinin "Evergrande" şirkətinin iflas etməsinin qlobal maliyyə sisteminə təsir edə biləcəyinə dair narahatlıqlarla düşüb. "Goldman" və "Citigroup"dan strateqlər də ABŞ birjalarının mənfi bir şokla qarşı-qarşıya qala biləcəyini ehtimal edirlər.
"Morgan Stanley" strateqləri ssenarilər ilə əlaqədar etdikləri şərhdə, "Os ssenarisimi reallaşacaq, "Buz" ssenarisimi reallaşacaq bilmirik, lakin "Buz" ssenarisi bazarlar üçün ən pisi və biz ona doğru irəliləyirik",- qeyd ediblər.
Qeyd edək ki, bugün Avropa səhmləri, Çində əmlak böhranı və bu həftə keçiriləcək Fed yığıncağı əvvəli artan narahatlıqlar ilə əlaqədar olaraq ucuzlaşıb. "Stoxx Europe 600" İndeksi 22 İyuldan bu yana ən aşağı səviyyəsini görüb. Honq-Konq birjasında da "Evergrande" şirkətinin defolt edəcəyi gözlətilərilə kəskin satışlar baş verib.
Çinin iri inşaat və əmlak şirkəti "Evergrande"nin maliyyə sistemini təhdid edən borc böhranında bu həftə əhəmiyyətli bir gün mövcuddur. 300 milyard dollardan çox borcu olan "Evergrande"nin iki istiqraz üçün cümə axşamı günü faiz ödəməsi etməsi lazımdır. Hal-hazırda bank krediti borclarını gecikdirən əmlak nəhənginin ticarət olunan istiqrazlarının da dəyəri gedərək düşür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 54 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
2 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI



























