Azərbaycanda küncüt yığımına başlanılıb
Bu il Saatlı rayonunda 30 hektara yaxın ərazidə küncüt əkini aparılıb. Birinci və ikinci əkin kimi əkilən küncütün artıq yığımına başlanılıb. Fermer Şahmurad İmanova məxsus sahədə qəhvəyi küncüt əkilib.
Bu barədə “Aqroservis” ASC-dən bildirilib.
Məlumata görə, nəticədə 1 hektar sahədən 12 sentner məhsuldarlıq əldə edilib. Ümumiyyətlə, dünyada 1 ha sahədən ən yüksək məhsuldarlıq 15-16 sentner hesab edilir.
Fermerlər tərəfindən əsasən ağ və qəhvəyi küncüt toxumları əkilir, lakin ən məhsuldar və keyfiyyətli toxum qəhvəyi küncütdür. Küncüt sortları vegetasiya müddətinin uzunluğuna, məhsuldarlığına və toxumunun rənginə görə seçilir.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti bu sahənin inkişafına dəstək, həmçinin digər fermerlərin də bu sahəyə marağının artırılmasını təşviq etmək üçün bir sıra addımlar atıb. Belə ki, Cəmiyyət ölkəmiz üçün qeyri-ənənəvi bitkiçilik sahəsinin inkişafı məqsədilə fermerlərə kompleks aqrotexniki xidmətlərlə bağlı təkliflər paketi hazırlayıb. Tədbirlər planında əkin üçün lazım olacaq bütün aqrotexniki işlər, texnika, keyfiyyətli mineral gübrə və zərərvericilərə qarşı mübarizə üçün dərman təminatı ilə bağlı fermerlərə dəstək öz əksini tapıb.
Küncüt qeyri-ənənəvi bitki olduğu üçün fermerlərin maarifləndirilməsi və bitkinin vegetasiya müddətində düzgün qulluğun edilməsi üçün “Aqroservis” ASC Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edərək bu sahələrə aqronomların ayrılması, bitkinin düzgün inkişafı üçün aqrotexniki məsələlərin həlli istiqamətində müvafiq işlər görüb.
Görülən işlərin əsas məqsədi maarifləndirmə və bu sahəyə olan marağın artırılması ilə yanaşı, texniki təminatda dəstək, iqtisadi cəhətdən daha çox əhəmiyyətli olan qeyri-ənənəvi bitkiçilik sahələrini inkişaf etdirməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























