Avtomobillərin icbari texniki baxışının özəl müəssisələrə verilməsi təklif olunur

Son zamanlar avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı məsələlər tez-tez gündəmə gətirilir. Xüsusən də ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələri zamanı bu məsələyə daha çox diqqət yetirilir. Bəzi iddialara görə isə məhz avtomobillərə texniki baxışın düzgün həyata keçirilməməsi qəzaların artmasına səbəb olur.
Gündəmdə olan mövzu ilə bağlı suallarını cavablandıran ekspert Eldəniz Cəfərov qeyd edir ki, icbari texniki baxış özəl müəssisələrə verilməlidir:
“Azərbaycanda avtonəqliyyat vasitələrinin texniki baxışının özəl müəssisələrə verilməsi məsələsi “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramı”nda öz əksini tapıb.
Bu proqramdan çıxış edərək deyə bilərik ki, bu gün Azərbaycandakı mövcud avtomobillərin texniki baxışı yalnız Dövlət Yol Polisində (DYP) həyata keçirilir. Lakin bu məcburi texniki baxışın həmçinin lisenziyalaşdırılmış avtomobil servisi mərkəzlərində də həyata keçirilməsi mümkündür. Düşünürəm ki, belə də olmalıdır. Bildiyiniz kimi bu gün avtomobillər texniki baxışdan ildə bir dəfə keçir və bu icbari prosedurdur. Buna görə vətəndaşlar dövlətə rüsum ödəyir. Lakin belə texniki baxış zamanı hər hansı avtomobilin tam diaqnostikası həyata keçirilmir və keçirilə də bilməz. Çünki bizim Dövlət Yol Polisində elə bir avadanlıqlar və mütəxəssislər yoxdur ki, bütün markalardan olan avtomobillərin hər birini texniki baxışdan, diaqnostikadan keçirə bilsinlər. Misal üçün, “Lamborghini”, “Ferrari” kimi avtomobillərin DYP-də texniki baxışda tam diaqnostika edilməsi üçün xüsusi qurğular mövcud deyil. Bunlar yalnız həmin markanın özünün lisenziyalaşdırılmış servisində mümkündür”.
Ekspert hesab edir ki, ölkəmizdə avtomobillərin icbari texniki baxışı formal xarakter daşıyır:
“Sual oluna bilər ki, nəyə görə diaqnostika lisenziyalaşdırılmış servislərdə həyata keçirilməlidir? Ona görə ki, avtomobil alqı-satqısında böyük problemlər yaşanır. Belə ki, ikinci əl avtomobil bazarında maşınını satan şəxs maşınının saz olduğunu iddia edir. Alan şəxs isə yalnız centlemensayağı satıcının dediyi ilə nəqliyyat vasitəsini ala bilir. Belə olan halda onlayn alış-veriş də baş tutmur. Amma lisenziyalaşdırılmış servisdə bu mütəmadi olaraq həyata keçirilsə, avtomobilin mühərrikindən tutmuş təkərinə qədər hansı vəziyyətdə olması elektron arayışda əks edilsə bu zaman avtomobilin alqı-satqısı rahatlıqla həyata keçirilə bilər. Yalnız bu rəsmi texniki servis mərkəzlərində avtonəqliyyat vasitəsinin real vəziyyətinin hansı səviyyədə olmasını dəqiq bilmək olar. İndiki vəziyyətdə avtomobillərin icbari texniki baxışı formal xarakter daşıyır. Bunu hamı bilir. Ona görə də düşünürəm ki, mütləq dövlət proqramına bir daha istinad edərək 2023-cü ilə qədər avtomobillərin icbari texniki baxışını mütləq lisenziyalaşdırılmış rəsmi servislərdə həyata keçirilməsinə başlamalıyıq.
Bunun mexanizmi çox sadədir. Dövlət proqramında da həmin mexanizm qeyd edilib. Konkret olaraq hansı marka avtomobillərə hansı servislərdə texniki baxış həyata keçiriləcəksə onlarda mövcud olan avadanlıqların və mütəxəssis ustaların olması vacibdir. Bundan sonra dövlət həmin servislərə lisenziya təqdim edəcək. Bu lisenziya əsasında həmin servislər vətəndaşlara xidmət göstərəcək. Təbii ki, bu xidmət güzəştli rüsumla həyata keçiriləcək. Həmin rüsumun da müəyyən hissəsi dövlətə vergi kimi ödəniləcək”.
Telegramda Marja.az səhifəsinə abunə olun
“Report”
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
5 saat əvvəl
"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
-
-
11 saat əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
12 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
13 saat əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 13 saat əvvəl
-
14 saat əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
