Azərbaycanın iri bankı parkda “Açıq kitabxana”lar quraşdırdı
(®️) Kapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, 15 sentyabr – Bilik günü ərəfəsində Gəncə şəhərində növbəti sosial aksiyanı həyata keçirib. Aksiya çərçivəsində Gəncə şəhəri Heydər Əliyev Park-Kompleksində və Xan Bağında açıq kitabxana quraşdırıb.
Qeyd olunan açıq kitabxanalardan hər bir insan sərbəst şəkildə yararlana, zövqünə uyğun kitabı ödənişsiz götürə bilər. Həmçinin, təşəbbüsə dəstək göstərmək istəyən şəxslərin istənilən mövzuda kitabları digərlərinin faydalanması üçün kitabxanalara bağışlamaq imkanı var.
Açılış mərasimində rəflərdə olan kitablar Kapital Bank-ın əməkdaşları və “Qırmızı Ürəklər” xeyriyyə fondunun könüllüləri tərəfindən hədiyyə edilib. Kitablar arasında həm bədii, həm də peşəkar ədəbiyyata rast gəlmək olar. Kitabxanada azərbaycan, türk, rus və ingilis dilində kitablar mövcuddur. Tədbir Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə Dövlət Dram teatrının dəstəyi ilə keçirilib.
Qeyd edə ki, 2021-ci il ölkə başçısı tərəfindən “Nizami ili” elan olunub. Həmçinin, bu il dahi mütəfəkkirin 880 illik yubileyi qeyd olunur. Tədbirin Gəncədə təşkil olunması 2021-ci il üçün nəzərdə tutulan tədbirlərə töhfə vermək məqsədini daşıyır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















