"Neftin qiyməti artıq növbəti 6 ayda 100 dollara çata bilər"
"Bank of America Corporation" transmilli investisiya bankının analitikləri bildiriblər ki, bank özünün 2022-ci ildə neftin qiymətinin 1 barelə görə 100 ABŞ dollarına çata biləcəyi üzrə proqnozunu dəyişib, daha erkən dövrə - növbəti 6 aya qədər tezləşdirə bilər.
"Reuters"in verdiyi məlumata görə, bankın analitikləri qeyd edir ki, sözügedən dəyişikliyin baş verməsinin ehtimalı artıb.
Belə ki, gözləniləndən daha soyuq keçəcək qış neftə olan qlobal tələbatı gündəlik 1 milyon bareldən 2 milyon arələ artıra bilər və bundan əlavə, bazarda təklifin defisiti asanlıqla gündəlik 2 milyon bareli keçə bilər.
İnvestisiya bankı "Brent" markalı neftin qiyməti üzrə proqnozunu 2021-ci il üçün eyni - 1 barelə görə 70 dollar səviyyəsində saxlasa da, qiymətin ilin sonuna kimi artan risklər fonunda 75 dollara çatacağını istisna etmir.
Qeyd edək ki, ICE London qitələrarası birjasında hazırda "Brent" 73,4 dollar səviyyəsində ticarət olunur.
Həmçinin oxu
Brent nefti 1 faizdən çox bahalaşdıAPA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
-
- 17 saat əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“Yapı Kredi Bank Azərbaycan”ın gəlirləri və kredit portfeli artıb - BANKIN MALİYYƏ VƏZİYYƏTİ
Sabah sulu qar, qar yağacaq
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Ən çox oxunanlar
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
























