Azərbaycan növbəti 4 ildə dövlət borcunun ödənilməsinə 7,2 milyard manat yönəldəcək

2022-2024-cü illərdə ortamüddətli dövr üzrə Azərbaycanın dövlət büdcəsindən dövlət borclarına xidmətlə bağlı xərclərə 7 milyard 214 milyon manat yönəldilməsi proqnozlaşdırılır.
Bu barədə Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.
2022-ci ildə dövlət borclarına xidmətlə bağlı 1 milyard 912 milyon manat, 2023-cü ildə 1 milyard 792 milyon manat, 2024-cü ildə 1 milyard 814 milyon manat, 2025-ci ildə isə 1 milyard 696 milyon manat yönəldilməsi proqnozlaşdırılır.
Qeyd edək ki, 2021-ci ilin ilk yarısında Azərbaycan dövlət borcunun ödənilməsinə 883,5 milyon manatdan çox vəsait yönəldib. İlin ikinci yarısında daha 1 milyard 315 milyon manatın dövlət borcunun ödənilməsinə yönəlməsi gözlənilir.
Əlavə edək ki, 2021-ci ilin dövlət büdcəsinin xərcləri 28 milyard 543 milyon manat, o cümlədən cari xərclər 18 milyard 24 milyon manat, əsaslı xərclər 8 milyard 320 milyon manat, dövlət borclarına xidmətlə bağlı xərclər isə 2 milyard 199 milyon manat səviyyəsində müəyyənləşdirilib.
Xatırladaq ki, 2021-ci il 1 iyul tarixinə Azərbaycan ümumi dövlət borcu (xarici və daxili) 17 milyard 352 milyon manat və ya ÜDM-in 21,6%-ni təşkil edib. Xarici dövlət borcu isə 8 milyard 603 milyon ABŞ dolları (14 milyard 626 milyon manat) və ya ÜDM-in 18,2%-ini təşkil edib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
