"Neftin qiyməti 70 dollar civarında sabitləşir, gələcəkdə qiymət..."
OMV-nin keçmiş rəhbəri: "Gələcəkdə neftin qiyməti təkliflə müəyyənləşəcək, çünki neft hasilatının inkişafına çox az vəsait yatırılır"
Avstriyanın OMV neft və qaz şirkətinin keçmiş rəhbəri Rainer Seele, vəzifəsindən ayrılmadan bir neçə gün əvvəl TASS-a verdiyi müsahibəsində, neftin yaxın gələcəkdə bir barrel üçün 70 dollar civarında sabitləşəcəyini söyləyib.
Marja xəbər verir ki, Rainer Seele, "Mənə elə gəlir ki, hazırda neftin qiyməti bu səviyyədə sabitləşir və sonrakı inkişaf tələblə müəyyən ediləcək" deyib.
Seele, perspektivlərin pandemiya ilə əlaqədar tətbiq edilən bütün məhdudiyyətlər ləğv edildikdən sonra daha aydın olacağını söyləyib.
"Orta və uzunmüddətli perspektivə gəlincə, düşünürəm ki, neftin qiyməti təkliflə müəyyənləşəcək, çünki neft hasilatının inkişafına çox az vəsait yatırılır", - deyə o bildirib.
Seele hesab edir ki, OPEC +-ın bazarda tənzimləyici rolu gələcəkdə artacaq: “Düşünürəm ki, gələcəkdə ehtiyatların və istehsalın həcmi daha da önəmli olacaq. Fakt budur ki, yeni yataqların inkişafına sərmayə qoymaq istəyi çox aşağı səviyyədədir. Və bu, ümumi neft hasilatında milli neft şirkətlərinin payının artmağa davam edəcəyi deməkdir. Bu baxımdan, gələcəkdə neft bazarlarının sabit tədarükünü təmin etmək üçün OPEC + əhəmiyyətli bir tənzimləyici vasitəyə çevrilə bilər. Düşünürəm ki, bu ittifaqın gələcəkdə çox rolu olacaq”.
Rainer Seele 2015 -ci ilin iyulundan OMV -yə rəhbərlik edirdi. 2021 -ci ilin yazında şirkətdəki səlahiyyətlərini uzatmamaq qərarına gəlib və sentyabrın 1-də vəifəsindən ayrılıb.
Müştərilərin xəbərləri

Azərbaycan kapital bazarında bir ilk: Unicapital EBRD-nin üzən faizli istiqrazlarının anderrayteri oldu
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
11 d. əvvəl
"AYİB istiqrazlarında kredit və bazar riskləri mövcud deyil" - MÜSAHİBƏ
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 41 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır
- 9 saat əvvəl
-
15 saat əvvəl
İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
-
16 saat əvvəl
Yuan və Avstraliya dollarının qlobal ehtiyatlarda payı artıb, dolların payı azalıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmiryolu ilə yükdaşımalarla bağlı Anlaşma Memorandumu imzalanıb
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Rəsmi məzənnələr açıqlandı

Qlobal bankdan "qızıl daha da bahalaşa bilər" proqnozu

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

İsrail Reebok-ı məhkəməyə verməklə hədələdi, şirkət geri addım atdı
Ən çox oxunanlar

Netflix-in səhmləri İlon Maskın izləyicilərini xidmətə abunəliyi ləğv etməyə çağırandan sonra ucuzlaşıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Gəncə Avtomobil Zavodu 80 kommunal və yanğınsöndürmə texnikasının tədarükünə dair razılığa gəldi - MİNSKDƏ MÜQAVİLƏ İMZALANIB

"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyinin İdarə heyətinin yeni tərkibi və Sədri seçilib

Avropa Yenidənqurma və İnkişaf Bankının manat istiqrazlarına 12 investor 12 sifariş təqdim edib

Azərbaycanda yeni tikilən hündürmərtəbəli binaların istismar müddəti azı 100 il olmalıdır - QƏRAR
