Merkeldən Avronu uçuran açıqlama
Valyuta bazarı, Fransanın yeni Prezidenti Emmanuel Macronun ilk seçkidə qələbəsini təmin etdiyi gündən bu yana avro alır.
"Marja" xəbər verir ki, Almaniya Kansleri Angela Merkelin son bəyanatı, bu alışları daha sürətləndirib.
Merkel, Almaniyanın ticarət tərəfdaşlarının tez-tez tənqid etdiyi cari artığa (profisitə) səbəb kimi zəif Avronu və Avropa Mərkəzi Bankının (ECB) həddən artıq yumuşaq pul siyasətini göstərib.
Merkel, Berlində çıxışında, "Almaniyanın ticarət artığı, hökumətin heç bir təsiri olmadan Avro məzənnəsi və neftin qiymətindən əziyyət çəkir. Avro, ECB-nin pul siyasəti səbəbilə həddindən artıq ucuzdur və Alman malları nisbi olaraq ucuz qalır" deyib.
Merkel həmçinin, "Almaniyada daha çox sərmayə qoymalıyıq" ifadəsinə də çıxışında yer verib.
Avro, Almaniyanın Baş naziri Angela Merkelin Avronun "çox ucuz" olduğunu bildirməsindən sonra səhər qeyd etdiyi itkini geri alaraq Dollar qarşısında altı ayın ən yüksək səviyyəsinə çıxıb.
Avro, həftənin ilk iş günündə erkən əməliyyatlarda 1.1162-yə qədər geriləməsinin ardından, Bakı vaxtı ilə 16:00-da 1.1263 səviyyəsinə qalxaraq altı aydan bəri görülən ən yüksək səviyyəsini görüb.
ECB ÜZƏRİNDƏ TƏZYİQ DAHA DA ARTIR
Daha əvvəl ABŞ Prezidenti Donald Trumpın baş ticarət müşaviri Navarro Almaniyanı "örtüklü bir mark" olan "aşağı dəyərli bir avro" istifadə edərək tərəfdaşlarını "istismar etdiyini" demişdi. Almaniya bu bəyanata "Almaniya hər zaman ECB-inin müstəqil siyasətinin olmasını istəmişdir" deyərək cavab vermişdi. İndi Avronun ucuz olduğunu qəbul edən Merkelin bu açıqlaması ECB (Avropa Mərkəzi Bankı) üzərində pul siyasəti təzyiqi daha da artır. ECB faiz artırmağa başlayanda Avronun daha da bahalaşacağı gözlənilir.
"ALMANİYA FAİZİN ARTIRILMASINI DƏSTƏKLƏYİR"
Mətbuatda, Almaniyada Maliyyə və İqtisadiyyat nazirliklərinin ECB-nin faiz artırmasının Almaniyanın cari artığını azaltmağa kömək edəcəyini düşündükləri iddiası yer almışdır.
AVRO BÖLGƏSİ İNFLYASİYASI HƏDƏFƏ ÇOX YAXINDIR
Makro göstəricilərə baxdıqda isə Avro Zonası inflyasiyanın Aprel ayında illik müqayisədə 1,9 faiz artdığı görülür və bu nisbət ECB-inin 2 faiz hədəfindən yalnız 0,1 bənd aşağıdır. Baza inflyasiya da üç ildən uzun bir müddətin ən yüksək səviyyəsindədir.
Avropa Mərkəzi Bankının 2017-ci ilin Dekabr ayına kimi davam edəcək qiymətli kağız alışlarını daha tez dayandırılacağı da bildirilir.
AVRO UZUN MÖVQELƏR 3 İLİN ƏN YÜKSƏK SƏVİYYƏSİNDƏ
Bütün bu proseslər avro üçün nikbinliyi gücləndirir.
CFTC göstəricilərində 16 Mayda bitən həftədə Avro uzun müqavilələri 37 min 604 ilə 2014-cü ilin Mart ayından bu yana ən yüksək səviyyəyə çatıb. Bir başqa sözlə Avro üçün üç ildən daha uzun bir müddətin ən güclü buğa bazarı baş verir.
DRAGHININ 4 MEYARI
Draghi, inflyasiyada davamlı bir normallaşmadan söz etmək üçün 4 meyara baxır. Meyarlar bu şəkildədir:
1. İnflyasiyanın orta perspektivdə 2%-ə yaxın səviyyədə yoluna düşməsi,
2. İnflyasiyanın dayanıqlı olması və bu səviyyələrdə kifayət qədər inamla sabitliyə qovuşması,
3. İnflyasiyanın özünü davam etdirməsi, yəni pul siyasətinin azalan dəstəyi də orbitini qoruması,
4. Ölçünün hər hansı bir Avro Bölgəsi ölkəsinin inflyasiyası deyil, Avro Bölgəsinin inflyasiya olmalıdır.
VALYUTALARIN DƏYİŞMƏSİNDƏN PUL QAZAN!
Bakı vaxtı ilə saat 16:00-da Avro/Dollar məzənnəsi 1.1263 səviyyəsini görüb. Bu gün Avro Dollar qarşısında 0,4% bahalaşıb.
Azərbaycanın “İnvestAZ” İnvestisiya şirkəti bildirir ki, məzənnə 1.12 dolların üzərində qaldıqca, 1.1290 dollar və 1.1365 dollara kimi də bahalaşa bilər.
Avrozonada makro iqtisadi vəziyyətin yaxşılaşması və Avropa Mərkəzi Bankının yumşaq monetar siyasətini dayandıra biləcəyi ilə bağlı investorların gözləntiləri, dünya birjalarında avroya olan tələbi daha da artırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 13 saat əvvəl
-
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
16 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
16 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb






















