PAŞA Bankda yeni təyinat
Ölkənin aparıcı korporativ bankı “PAŞA Bank”-ın Fərdi Bankçılıq departamentinə yeni kadr təyinatı baş tutub.
Bankdan Marja-ya verilən məlumata əsasən, departamentin yeni direktoru vəzifəsinə Anar Abbasov təyin olunub.
Uzun müddətdir ki, özəl sektorda çalışan A.Abbasov bankçılıq və sığorta fəaliyyətinin idarə olunmasında zəngin təcrübəyə malikdir. 2008-ci ildən bəri o, “Bank of Baku” ASC-də müxtəlif biznes sahələrində, o cümlədən rəqəmsal bankçılıq, informasiya texnologiyaları, biznes prosesləri, layihələrin idarə edilməsi və başqa sahələrdə çalışıb. 2012-ci ildən həmin bankın müxtəlif departamentlərinə rəhbərlik etmiş, o cümlədən Məhsulların Yaradılması Komitəsinin sədri, sonra isə İT və Ödəniş Sistemləri üzrə sahə rəhbəri kimi fəaliyyətinə davam edib.
29 iyun 2021-ci il tarixində Anar Abbasov İdarə Heyəti Sədrinin müşaviri qismində “PAŞA Bank”ın komandasına qoşulub. 11 avqust tarixində A.Abbasov Fərdi Bankçılıq departamentinin direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, A.Abbasov Milli Aviasiya Akademiyasının “İqtisadiyyat və hüquq” fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, həmçinin “Sheffield” Universitetinin “Ümumi idarəetmə” proqramı üzrə MBA dərəcəsini almaq üzrədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























