Kreditlər üçün banklara təminat məktubu verən şirkətlər yaradıla bilər
"Azərbaycanda real sektorun maliyyə resurslarına ehtiyacı var, bank sektoru isə risklərin yüksək olması, kifayət qədər likvid girovun olmaması, valyuta bazarında qeyri-müəyyənlik və s. səbəblərdən kreditlərin verilməsində maraqlı deyil. Bu iki sektoru ortaq nöqtəyə gətirə biləcək dövlət və özəl şirkətlər təsis edərək müəyyən məqsədlərə nail olmaq mümkündür".
Bu barədə "Atabank" ASC-nin Risk menecmenti Departamentinin direktoru, ARPA-nın ekspertlər qrupunun sədri Elman Sadıqov "Risk" analitik-biznes jurnalındakı məqaləsində qeyd edib.
Onun fikrincə, bu şirkətlər müəyyən komissiya haqqı qarşılığında verilən kreditlər üçün banklara kreditləşən müəssisələrin xeyrinə təminat məktubu verə bilər:
"Qarşılığında isə kreditin riski aşağı düşür, faiz dərəcəsi enir, kreditə isə həmin şirkət də əlavə olaraq yaxından nəzarət edilir. Bu mexanizm üzərində düşünməyə dəyər".
"Atabank" rəsmisi qeyd edir ki, bank sektoru ən çətin mərhələdən keçə bilib, bundan sonra 1-2 il ərzində 2014-2016-cı illərdən qalan digər problemlər effektiv və minimum itkilərlə tədricən həll olunacaq:
"Bu dövrdə aktiv kreditləşmə ehtimalı zəif olduğu, ehtiyatların ayrılmasının davam edəcəyi, faiz gəlirlərinin azalacağı ehtimallarının yüksək olmasını nəzərə alacaq banklar alternativ xidmət kanallarının inkişafına, yeni bank məhsullarının təqdim olunmasına, qeyri-faiz gəlirlərinin artırılmasına diqqət yetirməli olacaq. Prioritet isə sağlamlaşdırma olacaq".
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
2 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib

























