SOCAR əlverişli şərtlərlə 1,3 milyard dollar cəlb etdi - YENİLƏNİB
“SOCAR Türkiyə” əvvəlki öhdəliklərini təkrar maliyyələşdirmək məqsədi ilə “JP Morgan” və “Citi” başda olmaqla kredit institutlarından 1,3 milyard ABŞ dolları ekvivalenti məbləğində maliyyələşmə təmin edib. Təkrar maliyyələşdirmə əməliyyatı nəticəsində kənardan cəlb edilən vəsait şirkətin əvvəlki öhdəliklərinin bir hissəsini əvəzlədiyinə görə SOCAR üçün əlavə öhdəlik həcmi yaratmamışdır. 
 15: 30 - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Türkiyə” 2021-ci ildə dünyanın nüfuzlu banklarından olan JP Morgan Securities plc (“JP Morgan”) və Citibank N.A.-nın London filialı (“Citi”) başda olmaqla kredit institularından əlverişli şərtlərlə 1,3 milyard ABŞ dolları ekvivalenti məbləğində maliyyə vəsaiti cəlb etməklə təkrar maliyyələşmə əməliyyatını relallaşdırıb.
“SOCAR Türkiyə” şirkətindən MArja-ya verilən məlumata görə, pandemiyanın qlobal iqtisadiyyatda yaratdığı gərginliyin davam etdiyi bir şəraitdə təkrar maliyyələşdirmə məqsədi ilə cəlb olunan vəsait ödəmə müddətinin uzunluğu, bazardakı oxşarları və əvvəlki maliyyə öhdəlikləri ilə müqayisədə faizin aşağı olması ilə diqqət çəkir.
“Dünyanın qabaqcıl bank və maliyyə təşkilatlarının iştrakı ilə yaradılan sindikat tərəfindən SOCAR-ın təminatı ilə 5 il müddətinə və illik LIBOR/EURIBOR +3.45% faiz ilə cəlb edilən vəsait qlobal maliyyə dairələrində SOCAR-ın və “SOCAR Türkiyə”-nin sağlam maliyyə strukturuna və güclü mövqeyinə etimadın təzahürü kimi dəyərləndirilir. Təkrar maliyyələşdirmə əməliyyatı nəticəsində kənardan cəlb edilən vəsait şirkətin əvvəlki öhdəliklərinin bir hissəsini əvəzlədiyinə görə SOCAR üçün əlavə öhdəlik həcmi yaratmamışdır”,- məlumatda deyilir.
“SOCAR-A VƏ TÜRKİYƏYƏ OLAN BÖYÜK ETİMADIN TƏZAHÜRÜ”
“SOCAR Türkiyə” İdarə Heyətinin sədri Rövnəq Abdullayev deyib: ““JP Morgan” və “Citi” başda olmaqla dünyanın nüfuzlu maliyyə qurumları tərəfindən bu miqyasda və əlverişli şərtlərlə təkrar maliyyələşmə vəsaitinin ayrılması pandemiya səbəbindən bazarlarda davam edən qlobal qeyri-müəyyənlik şəraitində “SOCAR Türkiyə”-yə olan böyük etimadın təzahürüdür. Beynəlxalq maliyyə mənbələrindən əhəmiyyətli həcmdə maliyyə vəsaitlərinin cəlb edilməsi SOCAR Qrupun likvidlik göstəricilərinin yaxşılaşdırılmasına səbəb olur, eyni zamanda layihələrimizin maliyyə institutları tərəfindən dəstəkləndiyinin ifadəsidir.”
Bu əməliyyatda “SOCAR Türkiyə”-nin hüqüqlarını Ünsal Avukatlık Ortaklığı, Vinson & Elkins RLLP və Omni Law Firm qoruyub.
14:37 XXX
"SOCAR Türkiyə" şirkəti 1,3 milyard dollar sindikatlaşdırılmış kredit cəlb edib.
Marja xəbər verir ki, Dünyanın iri banklarından "Citibank N.A, London Branch (Citi)" və "JP Morgan Securities plc"nin (JP Morgan) köməyilə cəlb edilən kredit, 2021-ci ilin ilin əvvəlindən bu günə qədər Türkiyədə maliyyə xidmətləri sektoru xaricində fəaliyyət göstərən bir şirkət tərəfindən cəlb edilən ən yüksək məbləğli kreditdir.
"SOCAR Türkiyə" şirkətinin İdarə heyətinin sədri Rövnəq Abdullayev bildirib ki, dünyanın güclü maliyyə təşkilatlarının liderliyilə cəlb edilən yenidənmaliyyələşmə krediti, qlobal qeyri-müəyyənliklərə baxmayaraq "SOCAR Türkiyə" şirkətinə olan güvənin göstəricisidir.
Abdullayev qeyd edib ki, cəlb edilən vəsait ilə şirkətin maliyyə vəziyyətini gücləndirəcək.
Abdullayevin sözlərinə görə, kredit aşağı faiz ilə cəlb edilib, vəsait ilə qrupun keçmiş borclarının bir hissəsi ödəniləcək və ortalama xərc yaxşılaşacaq:
"Bu məbləğdə bir sindikatlaşdırılmış krediti sərfəli şərtlər ilə əldə etməyimizin, hazırkı qlobal iqtisadi vəziyyət də nəzərə alındığında ayrı bir əhəmiyyət daşıdığını düşünürük".
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
 
                        Sumqayıt layihələrində ipoteka və daxili kredit imkanı ilə satış davam edir - aylıq 423 manatdan başlayan qiymətlər
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 
                     1 gün sonra
                    Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı! 
- 
                           
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 
                     4 saat əvvəl
                    “Xəmsə” birlik yarışında Kapital Bank iki layihə ilə qalib oldu 
- 
                     4 saat əvvəl
                    4-cü avtomobil təqdim edildi, növbəti sən ola bilərsən - Həyəcan davam edir! 
- 
                     4 saat əvvəl
                    Xırdalanda ilk “McDonald's” restoranının açılışı olub - FOTO 
- 4 saat əvvəl
- 
                     5 saat əvvəl
                    53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır 
- 
                     5 saat əvvəl
                    9 ayda Azərbaycan Rusiyaya 879 milyon dollarlıq qeyri-neft malları ixrac edib 
Son Xəbərlər
 
                                    Azərbaycanda Vakansiyalar - Azvak.az
 
                                    Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı!
 
                                    "PAŞA Həyat"da yeni təyinat
 
                                    “Monetri” BOKT və və onun vəzifəli şəxsi cərimələnib
 
                                Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
 
                                53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır
Ən çox oxunanlar
 
                                Mərkəzi Bankda bankların rəhbər şəxsləri ilə görüş keçirilib
 
                                Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası
 
                                Avrozonada inflyasiya hədəfə yaxınlaşıb
 
                                

 
                         
                    





 
                             
                             
                             
                            .jpg)



 
                                     
                                     
                                     
                                     
                                    






.jpg)

