Təbii fəlakətlərə görə sığorta itkiləri - 40 MİLYARD DOLLAR
İqtisadi zərər - 77 milyard dollar, son 10 ilin ən pis vəziyyəti....Bu ilin birinci yarısında baş verən meşə yanğınları, ABŞ-dakı qasırğalar və Avropadakı daşqınlar qlobal sığorta sənayesinə təxminən 40 milyard dollara başa gəlib.
Marja Financial Times-a və bir sıra sığortaçıların açıqlamalarına istinadla xəbər verir ki, bu göstərici son 10 ildə ən irihəcmli sığorta itkisidir.
Təkrar sığorta qrupu Swiss Re bildirir ki, cari ilin sığorta itkiləri 2011-ci ildə Yaponiya və Yeni Zelandiyadakı zəlzələlərdən sonra ikinci ən böyük məbləğdir. Təkcə Şimali Amerikadakı “Uri” qasırğasına görə sığorta ödənişləri 15 milyard dollar qiymətləndirilir.
Sığortaçılar iyul ayında Çin və Avropada baş verən daşqınların ilin ikinci yarısındakı sığorta ödənişlərinə təsirini tam proqnozlaşdırmasa da, təkcə Almaniyadakı daşqının 4,5-5,5 milyard avroya başa gələcəyini bildirib. Sığorta brokeri Aon bu hadisəni 1980-ci ildə İtaliyadakı İrpinia zəlzələsindən sonra “son 40 ilin ən bahalı təbii fəlakəti” adlandırıb.
2021-ci ilin ilk yarısında təbii və antropogen fəlakətlərin qlobal iqtisadi ziyanı 77 milyard dollar təşkil edib. Bu məbləğə həm sığorta olunmuş, həm də sığortalanmamış itkilər daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
23 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 25 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
























