Shell 110 milyon dollar təzminat ödəyəcək
İri neft şirkəti Royal Dutch Shell, Nigeriyada 31 illik neft sızıntısı iddiasında Ogoni xalqına 110 milyon dollar təzminat ödəməyi qəbul edib.Abuja Ali Məhkəməsi, Shell-in Nigeriyadakı neft sızıntı iddiasında Ogoni xalqına 110 milyon dollar (45,9 milyard naira) təzminat ödəməsinə qərar verib.
Marja xəbər verir ki, bu qərarı verən hakim Əhməd Məhəmməd, pulun 21 gün ərzində ödənməsi lazım olduğunu deyib.
Shell-in vəkili Aham Ejelamo, pulun ödənəcəyini bildirib.
Ogoni xalqı ilə Shell arasındakı məhkəmə təxminən 31 ildir davam edirdi.
Niger deltasında 1958-ci ildən bəri fəaliyyət göstərən Shell-in neft boru xəttlərindən və quyularından hər il tonlarla neft sızıb. Neft sızıntısına görə böyük çirklilik yaranıb və izlərin bölgədən silinməsi 30 il çəkə bilər.
Shell yanvar ayında, 2008 və 2009-da səbəb olduğu iki neft sızıntısı üçün 84 milyon dollar təzminat ödəməyi qəbul etmiş və çirklənən Bogo çayını təmizləyəcəyini bildirmişdi.
Afrikanın ən böyük, dünyanın 7-ci böyük xam neft ixracatçısı olan Nigeriyadakı Ogoni xalqı 1993-cü ildə Shell-in bölgədən çıxması üçün etirazlar təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
5 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 7 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub





















