“Aqrarkredit” Azərbaycan Banklar Assosiasiyasının təşəbbüsünə qoşulub
Məlum olduğu kimi, İyulun 28-də Türkiyə Cümhuriyyətinin müxtəlif bölgələrində, xüsusilə turistlərin istirahət etdiyi zonalarda baş verən və hələ də davam edən şiddətli yanğınlar təbiətə, ekosistemə, ölkənin meşə fonduna ciddi zərər vurmuşdur.
Meşə fondunun yenidən dirçəldilməsi, məhv olan yaşıllığın bərpası məqsədi ilə Azərbaycan Banklar Assosiasiyası tərəfindən irəli sürülmüş xeyirxah təşəbbüsə “Аqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (“Aqrarkredit” QSC) da qoşularaq, Kredit Təşkilatlarında çalışan hər bir əməkdaşın adına 5 ədəd ağac tinginin (hər əməkdaş üçün 50 TL məbləğində) Türkiyə Respublikasına bağışlanması üçün qərar qəbul etmişdir. Bu barədə MArja-ya Təşkilatdan bildirilib.
Qeyd edilib ki, ki, “Аqrarkredit” QSC-də cəmi 283 nəfər işçinin çalışdığı nəzərə alınaraq, 1415 ədəd ağac tinginin alınması məqsədilə 1660 ABŞ dolları məbləğində vəsait Azərbaycan Banklar Assosiasiyasının təklif etdiyi hesablaşma hesabına köçürülmüşdür.
“Аqrarkredit” QSC hər zaman bütün Azərbaycan xalqı kimi qardaş Türk xalqının yanındadır.
“Аqrarkredit” QSC -nin kollektivi inanır ki, zərər görmüş Türkiyə təbiəti qısa müddət ərzində bərpa olunacaq və yenidən yaşıllığa bürünəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 17 saat əvvəl
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
19 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
20 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 20 saat əvvəl
-
20 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















