Güzəştli mənzil əldə etmək istəyən vətəndaşların nəzərinə
Satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyası 16 avqust 2021-ci il tarixi saat 00:00-dək aktiv olacaq.Mənzil İnşaatı Dövlət Agentliyinin regionda ilk layihəsi – Sumqayıt şəhərində inşa olunmuş güzəştli mənzillərin satışı ilə əlaqədar olaraq 17.07.2021-ci il tarixində istifadəyə verilmiş “Güzəştli mənzil” sisteminin satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq (demo) versiyasından bu günədək 1803 istifadəçi tərəfindən 2502 dəfə istifadə edilmişdir.
Agentliyin yaydığı məlumatda bildirilir ki, “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən Elektron İmza (www.e-imza.az) və ya Asan İmza (www.asanimza.az) ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq (demo) versiyasından istifadə edə bilərlər.
Bu xidmət istifadəçilərə həm satış, həm də gözləmə qaydasında mənzil seçimi proseslərinin bütün mərhələləri ilə yaxından tanış olmaq, elektron imza sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək imkanı yaradır.
Satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyası 16 avqust 2021-ci il tarixi saat 00:00-dək aktiv olacaq.
Qeyd edək ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən 1 və 2 saylı binalar üzrə hər birində 72 mənzil olmaqla, ümumilikdə 144 mənzilin güzəştlə satışı 17 avqust 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 24 avqust 2021-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.
Vətəndaşlar “108” Çağrı mərkəzinə zəng edərək və ya Bakı şəhərində yerləşən 1 saylı "ASAN Kommunal", 3 və 5 saylı "ASAN xidmət" mərkəzlərində, habelə Sumqayıt və Gəncə şəhərlərində yerləşən "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən "Güzəştli mənzil" pəncərələrinə yaxınlaşaraq xidmətlə bağlı bütün suallarına cavab tapa bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)







