Hədiyyəli “Optimal KASKO” indi Hesab.az-da!
Hər kəs öz avtomobilinə sığorta qiymətini onlayn hesablayıb asanlıqla müraciət edə bilər.(®️) Hər zaman innovativ həllərlə çıxış edən PAŞA Sığorta şirkəti Azərbaycanın ən böyük onlayn xidmətlər platforması olan Hesab.az ilə əməkdaşlıq çərçivəsində daha bir ilkə imza atıb.
Artıq arzu edən hər kəs Hesab.az platforması vasitəsilə “Optimal KASKO” məhsulu üzrə öz avtomobilinə uyğun sığorta paketinin qiymətini onlayn hesablayıb asanlıqla müraciət edə bilər.
Əlavə olaraq “Optimal KASKO” könüllü avtomobil sığortasını 2 avqust-2 sentyabr tarixləri arasında Hesab.az vasitəsilə əldə edən müştərilər həm də xüsusi hədiyyəyə sahib olacaqlar. Belə ki, qeyd edilən tarixədək qüvvədə olacaq kampaniya çərçivəsində “Optimal KASKO” məhsulunun 5.000 AZN təminat paketini əldə edəcək hər kəs 50 AZN nominallı, 10.000 AZN təminat paketi seçəcək müştərilər isə tam 100 AZN nominallı hədiyyə yanacaq kartı qazanacaqlar.
Qeyd edək ki, “Optimal KASKO” avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, yanğın/partlayış, heyvanların hərəkəti və təbii fəlakət kimi risklərə təminat verir.
Kampaniyadan faydalanmaq və “Optimal KASKO” sığortasını əldə etmək üçün https://hesab.az/unregistered/#/insurance/casco/optimal keçidi ilə məhsulun Hesab.az səhifəsinə daxil olmaq mümkündür. Kampaniya və sığorta məhsulu barədə ətraflı məlumat üçün *7000 sığorta məsləhətləri xətti ilə əlaqə saxlaya və ya PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance ) yazaraq müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 16 saat əvvəl
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
18 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
19 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 19 saat əvvəl
-
19 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















