Amerikalı ailələrin borcu 15 trilyon dollara yaxınlaşıb
ABŞ Mərkəzi BAnkının (Fed-in) Nyu York şöbəsi tərəfindən hazırlanan 2021-ci ilin ikinci rübünə dair Ailələrin Borcu və Kredit Hesabatı dərc edilib.
Marja hesbata istinadən esabata görə, ABŞ-da ailələrin borcu, bu ilin ikinci rübündə birinci rüb ilə müqayisədə 2,1% artımla 14,96 trilyon dollara yüksəlib.
Bu ilin ikinci rübündə birinci rüb ilə müqayisədə 313 milyard dollarlıq artım qeyd edən ailələrin borcu, 2007-ci ildən bu yana qeydə alınan ən böyük nominal artımı göstərib. Borc, illik müqayisədə isə 691 milyard dollar artıb.
İpoteka kreditləri amerikalıların borcunda ən yüksək hissəni təşkil edir. İpoteka borcu 2-ci rübdə 282 milyard dollar artıb və 10,44 trilyon dollara çatıb.
Amerikalıların 1,57 trilyon dollar tələbə kreditləri, 1,42 trilyon dollar avtomobil kreditləri və 790 milyard dollar kredit kartı üzrə borcu var.
İkinci rübdə kredit kartı borcları 17 milyard dollar, avtomobil kreditləri üzrə borclar 33 milyard dollar artıb.
Tələbə kreditləri üzrə borclar isə 14 milyard dollar azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
21 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 23 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
















.jpg)




