Avtomobil sahibləri üçün Hesab.az-dan “Optimal KASKO” kampaniyası!
(®️) Azərbaycanda onlayn ödəmələr sahəsində lider olan Hesab.az onlayn xidmətlər platforması PAŞA Sığorta şirkəti ilə daha bir ilkə imza atıb.
Qeyd edək ki, Hesab.az ödəniş platforması xidmətlərin sayını daim genişləndirməklə istifadəçilərinə hər zaman rahat ödəniş imkanı təqdim edir. Platformaya əlavə edilən növbəti xidmət PAŞA Sığorta şirkətinin “Optimal KASKO” məhsuludur. Beləliklə, artıq arzu edən hər kəs Hesab.az platforması vasitəsilə “Optimal KASKO” məhsulu üzrə öz avtomobilinə uyğun sığorta paketinin qiymətini onlayn şəkildə hesablayıb asanlıqla müraciət edə bilər.
Qeyd edək ki, istifadəçilərini hər zaman sevindirməyə çalışan Hesab.az komandası PAŞA Sığorta şirkəti ilə birgə “Optimal KASKO” könüllü avtomobil sığortasını 2 sentyabr tarixinədək platforma üzərindən əldə edən müştərilər üçün xüsusi hədiyyəli kampaniya başladıb. Belə ki, qeyd edilən tarixədək qüvvədə olacaq kampaniya çərçivəsində “Optimal KASKO” məhsulunun 5.000 AZN təminat paketini əldə edəcək hər kəs 50 AZN nominallı, 10.000 AZN təminat paketi seçəcək müştərilər isə tam 100 AZN nominallı hədiyyə yanacaq kartı qazanacaqlar.
Məlumat üçün bildirək ki, “Optimal KASKO” avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçüncü şəxsin qanunazidd hərəkəti, oğurluq, yanğın/partlayış, heyvanların hərəkəti və təbii fəlakət kimi risklərə təminat verir. Kampaniyadan faydalanmaq və “Optimal KASKO” sığortasını əldə etmək üçün https://hesab.az/unregistered/#/insurance/casco/optimal keçidi ilə məhsulun Hesab.az səhifəsinə daxil olmaq mümkündür. Kampaniya şərtləri barədə ətraflı məlumatı buradan əldə edə bilərsiniz: https://hesab.az/#/optimal
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 5 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















