Kanadanın neft şirkəti Azərbaycandakı əməliyyatlarına rəhbər təyin edib
Kanadanın “Zenith Energy” şirkəti Azərbaycandakı əməliyyatlarına (“Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları) rəhbər təyin edib.
Şirkətin yaydığı məlumata görə, Maykl Palmer (Michael Palmer) Azərbaycandakı əməliyyatlar üzrə baş direktor təyin edilib.
Qeyd olunub ki, M.Palmerin neft sənayesində hasilat əməliyyatları, kəşfiyyat və yataqların işlənməsi üzrə 37 illik təcrübəsi var. O, Azərbaycanla yanaşı, Qazaxıstan, Rusiya, Ukrayna, Suriya, İndoneziya, Qabon, Qvineya və ABŞ-da çalışıb: “Palmerin ən vacib nailiyyətlərindən biri beynəlxalq neft şirkəti tərəfindən istismar edilən Azərbaycanın quru yatağından birində əməliyyatların uğurlu idarə edilməsi olub. Onun idarəçiliyi altında həmin yataqda əməliyyatlar iqtisadi cəhətdən uğurlu olub və gündəlik hasilat təxminən 1 500 bareldən 7 500 barelə qədər artıb. Bu uğurdan sonra həmin aktiv satılıb və Palmer vəzifəsini tərk edib”.
Şirkətin baş icraçı direktoru Andrea Kattaneo M.Palmerin Azərbaycandakı əməliyyatlar üzrə baş direktror təyinatını elan etməkdən məmnun olduğunu bildirib. Baş icraçı direktor qeyd edib ki, onun neft və qaz əməliyyatlarında xüsusilə də Azərbaycandakı önəmli texniki təcrübəsi “Zenith” üçün böyük fayda gətirəcək: “İnanıram ki, bu təyinat bizim fəaliyyətimizə önəmli təkan verəcək”.
Əməliyyatlar üzrə yeni baş direktor M.Palmer şirkətin Azərbaycandakı aktivlərində böyük potensial gördüyünü bildirib.
Qeyd edək ki, Kanadanın "Zenith Energy Ltd." şirkəti Azərbaycanda "Zenith Aran Oil Company Ltd." müəssisəsini yaradıb. 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən ötən il iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat avqustun 11-də başlanıb.
“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.
© Report
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 15 d. əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
19 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb







.jpg)



.jpg)





.jpg)







