Boeing-in əsas rəqibi də mənfəətə çıxa bilib
297 təyyarə satıb, bu il üzrə hədəf 600 ədəddir...Avropanın iri aviasiya sənayesi şirkəti, qlobal təyyarə istehsalında lider və Boeing-in əsas rəqibi olan Airbus da cari ilin birinci yarısının nəticələrinə dair hesabat verib.
Marja şirkətin rəsmi açıqlamasına istinadla xəbər verir ki, Airbus gəlirlərini ötən illə müqayisədə 30% artıraraq, 24,63 milyard avroya (29,2 milyard dollara) çatdırıb.
Həmçinin oxu
Boeing son 2 ildə ilk dəfə mənfəətə çıxıbGəlirlərin 17,18 milyard avrosu sərnişin və yük təyyarələrinin satışından, 2,6 milyard avrosu helikopter istehsalından, 4,53 milyard avro isə müdafiə və kosmik sənaye məhsullarından əldə olunub.
Xalis mənfəət 2,23 milyard avro (2,64 milyard dollar) təşkil edib. Ötən ilin birinci yarısında Airbus 1,91 milyard avro zərər etmişdi.
Şirkət bu ilin yanvar-iyun aylarında 297 təyyarə satıb. Qlobal səyahətlərin bərpası fonunda Airbus il sonuna kimi cəmi 600 təyyarə satacağını, faiz və vergi öhdəliklərindən öncəki gəlirlərinin 4 milyard avrodan çox olacağını proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
- 8 d. əvvəl
-
-
13 d. əvvəl
Tramp: Netanyahu ABŞ-ın İranla bağlayacağı istənilən sazişi qəbul etməli olacaq
- 18 d. əvvəl
- 22 d. əvvəl
-
22 d. əvvəl
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib
- 43 d. əvvəl
-
1 saat əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
- 1 saat əvvəl
- 21 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
Rəsmi məzənnələr açıqlandı
İsrail İranda neft-kimya şirkətinə zərbə endirib
Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatlardan sonra neft qiymətləri yüksəlib
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Ən çox oxunanlar
Azərbaycan Litva şirkətilə birgə fabrik yaradır
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb




















