Son 1 ildə yığımları ən çox artan şirkət
Bu ilin yanvar-iyun aylarının yekununa görə, Azərbaycandakı 20 sığorta şirkətindən 13-nün yığımları illik müqayisədə artıb, 5-nin yığımları azalıb, 2 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” və “Meqa Həyat Sığorta” ASC-lər) ötən ilin yanvar-iyun aylarında bazarda olmadığı üçün onların yığımlarında dinamika qeydə alınmayıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Bakı Sığorta" ASC-dir. Bu şirkət 6 ay ərzində 2 milyon 233 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 3,1 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “PAŞA Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 105 milyon 766 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 5,5% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət “İpək Yolu Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 22,4% azalaraq 7 milyon 303 min manat olub. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “Xalq Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 1,9% azalaraq 13,04 milyon manata düşüb.
11 sığorta şirkətinin ödənişləri artıb
Bu ilin yanvar-iyun aylarının yekununa görə, Azərbaycandakı 20 sığorta şirkətindən 11-nin ödənişləri illik müqayisədə artıb, 6-nın ödənişləri azalıb, 3 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”, “Xalq Həyat Sığorta” və “Meqa Həyat Sığorta” ASC-lər) ötən ilin eyni dövründə ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.
Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Naxçıvan Sığorta” ASC-dir. Bu şirkət 6 ay ərzində 138 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 33 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Atəşgah Həyat Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri 19 milyon 239 min manat təşkil edib ki, bu da illik müqayisədə 18,7% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Meqa Sığorta" ASC-dədir. Bu şirkət 6 ay ərzində 2 milyon 135 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 2,1% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “İpək Yolu Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 39,8% azalaraq 1 milyon 191 min manata düşüb.
Marja.az Telegramda: https://t.me/marjaaz
"Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)









