Azərbaycan BOKT-ları bu ilin 1-ci yarısını zərərlə başa vurub
Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I yarısını 0,7 milyon manat xalis zərərlə başa vurub. Halbuki, BOKT-lar ötən ilin eyni dövründən 8,3 milyon manat xalis mənfəətlə çıxmışdı.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, yanvar-iyun aylarında BOKT-ların gəlirləri 39,4 milyon manat (illik müqayisədə 4,8% az), xərcləri 28,2 milyon manat (10,1% çox), xüsusi ehtiyatlara ayırmaları 11,1 milyon manat (88,1% çox), mənfəət vergisi ödəmələri isə 0,8 milyon manat (46,7% az) təşkil edib.
Bu il iyulun 1-nə BOKT-ların aktivləri 331,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 0,9% azdır. Bunun 240,5 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 1,9% böyüyüb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 2,4% azalaraq 191 milyon manata düşüb, balans kapitalı isə 1,2% artaraq 140,5 milyon manata çatıb.
Kredit ittifaqlarının zərəri 67% artıb
Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur.
Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyon manat (dəyişməyib), xüsusi ehtiyatlara ayırmaları isə 1,1 milyon manat (dəyişməyib) təşkil edib.
Bu il yanvarın 1-nə kredit ittifaqlarının aktivləri 14,8 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,3% azdır. Bunun 13 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 7,8% kiçilib.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 5% azalaraq 5,7 milyon manata, balans kapitalı isə 7,1% azalaraq 9,1 milyon manata düşüb.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 2 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
1 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
2 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Ən çox oxunanlar
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA






.jpg)










.jpg)


