Kapital Bank Boğaziçi Universiteti ilə əməkdaşlığını davam etdirir
(®️) Xəbər verdiyimiz kimi, Kapital Bank-ın İnsan Kapitalı Akademiyası dünyanın nüfuzlu universitetlərindən olan və Türkiyədə yerləşən Boğaziçi Universiteti ilə unikal layihə həyata keçirir. “Mükəmməl Menecment” adı altında olan mini-MBA formatında keçirilən liderlik inkişaf proqramı, Bankın kadr potensialının gücləndirilməsi məqsədi daşıyır.
9 iyul 2021-ci il tarixində İstanbul şəhərində proqramın bağlanış mərasimi — “Məzun Günü” keçirilib. Tədbiri giriş sözü ilə açan Kapital Bank-ın İdarə Heyəti sədri Rövşən Allahverdiyev proqramın əhəmiyyətindən danışıb və Bank üçün əməkdaşlara investisiyanın ən prioritet istiqamət olduğunu vurğulayıb.
Daha sonra Boğaziçi Universitetinin rektoru, professor Melih Bulu iki təşkilat arasında əməkdaşlığın qarşılıqlı faydasından bəhs edib və bu əməkdaşlığı ölkələr arasındakı qardaşlığın nümunəsi adlandırıb. “Məzun Günü” iştirakçıların diplomlarla təltif olunması və universitetdə keçirilən qeyri-rəsmi hissə ilə tamamlanıb.
“Məzun Günü” ilə bağlı məlumat universitetin saytında da dərc olunub – https://haberler.boun.edu.tr/tr/haber/yonetimde-mukemmeliyet-programi-mezunlarini-verdi.
“Artıq ikinci dəfədir ki, keçirilən bu layihədə Bankın müxtəlif rəhbər vəzifələrində çalışan 20 əməkdaşı 7 ay ərzində universitetin professor-müəllimlərindən və bankın təcrübəli ekspertlərindən ibarət heyət tərəfindən tədris aldılar. 2020-ci ildə bütün dünyanı bürüyən pandemiya şəraitinə görə dərslərin bir hissəsi onlayn formatda keçirildi. Bu formatın həm universitet, həm də bizim üçün yeni olmasına baxmayaraq tədrisin gedişatı və nəticələr bizi tam qane etdi. İştirakçılar imtahanlarda iştirak edib və sonda araşdırma layihəsi hazırladılar. Əminəm ki, əldə olunan biliklər gündəlik iş həyatımıza öz müsbət töhfəsini verəcək”, — deyə, Kapital Bank-ın İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.
Qeyd edək ki, bu layihə ilk dəfə 2019-cu ildə həyata keçirilib. İlk proqramda Kapital Bank-ın müxtəlif rəhbər vəzifələrində çalışan 18 əməkdaşı iştirak edib və müvafiq diplomlarla təltif ediliblər.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 33 d. əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
3 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
3 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb






















